Ölkə Prezidentinin növbəti humanist addımı
Tarix: 07.04.2020 | Saat: 20:29:00 | E-mail | Çapa göndər



Dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması, qlobal pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə zəruri preventiv tədbirlər müəyyən edilib, bu məqsədlə xüsusi karantin rejimi elan olunub, virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı vətəndaşların sosial izolyasiyasına xüsusi diqqət yetirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən insanlara xüsusi qayğı və həssaslıqla müraciətlər edilərək karantin rejiminə ciddi əməl olunması tövsiyə edilib.

Görülən tədbirlər çərçivəsində ölkə Prezidentinin 6 aprel 2020-ci il tarixli Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunub. İndiki pandemiya şəraitində virusa yoluxması daha ağır nəticələnə bilən həmin şəxslərin azadlığa buraxılması onların həyatlarının təhlükəsizliyi və sağlamlıqlarının qorunması, xüsusilə ailə qayğısı ilə əhatə olunmaları baxımından mühüm humanist addımdır.

Ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan bu Sərəncamın təxirəsalınmadan icrası məqsədilə Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri azad olunan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, operativ zəruri sənədləşdirmə işləri aparılaraq çoxsaylı KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu humanist qərarın vaxtında və tam icrası təmin edilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məhkumların təhlükəsizliyi və sağlamlıqları diqqətdə saxlanılaraq, penitensiar müəssisələrdə ardıcıl, kompleks tibbi-profilaktik tədbirlər görülür, məhkumların gündəlik termometriyası, səhhətlərində hər hansı problemi olan şəxslərin dərhal müayinəsi keçirilir və zəruri müalicəsi aparılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, onlar doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq. Bu məqsədlə azad olunan şəxslər istirahət mərkəzlərinin birinə ikihəftəlik yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.

Əfv olunanlar mərhəmətliyinə, insanpərvərliyinə və onlara göstərilən xüsusi qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, dövlət başçısının iradəsi ilə həyata keçirilən qəti tədbirlər nəticəsində xalqımızın bu ümumbəşəri sosial bəladan tezliklə qurtulacağına əminliyini bildiriblər.

Eyni zamanda, dövlətimizin humanist siyasətinin daha bir təzahürü olan məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi üzrə tədbirlər davam etdirilir. Bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılmış Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi nəzərə alınmaqla məhkəmələrə təqdim olunmuş materiallara təxirəsalınmadan baxılıb və son günlərdə daha 60-a yaxın məhkum vaxtından əvvəl azad olunub.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
25.05.2020
Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı!
25.05.2020
Yunanıstandakı soydaşlarımız Ramazan bayramını qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info