Cari ilin yanvar-fevral aylarında ölkəmizə 149 ölkədən 420 mindən çox qonaq gəlib
Tarix: 07.04.2020 | Saat: 23:55:00 | E-mail | Çapa göndər



Cari ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 28,7 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 6,2 faizi İran, hər birindən 2,6 faiz olmaqla Səudiyyə Ərəbistanı və Hindistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, 1,6 faizi Küveyt, 1,5 faizi Pakistan, 1,4 faizi Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Türkmənistan və İraq, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla İsrail və Özbəkistan, 7,1 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72,3 faizini kişilər, 27,7 faizini isə qadınlar təşkil edib.

Bu dövrdə ölkəmizə gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (3,3 dəfə), İsrail (2,3 dəfə), Macarıstan (2,0 dəfə), Hindistan (1,8 dəfə), Küveyt (1,5 dəfə), Bəhreyn (1,5 dəfə), Belarus (35,5 faiz), Moldova (30,7 faiz), Qazaxıstan (27,7 faiz), Özbəkistan (26,2 faiz), İran (24,9 faiz), Rusiya Federasiyası (21,7 faiz), Almaniya (20,4 faiz), Ukrayna (18,3 faiz) və Pakistan (17,4 faiz) vətəndaşları arasında qeydə alınıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 faiz artaraq 12,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 21,2 faiz artaraq 147,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 17,4 faiz artaraq 62,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,0 faizi dəmir yolu və avtomobil, 35,0 faizi hava, 1,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.




 
Bölməyə aid digər xəbərlər
24.05.2020
İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
24.05.2020
“Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
21.05.2020
Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
21.05.2020
Turizm şirkətlərinin lisenziyalaşdırılması və ya sertifikasiyadan keçirilməsinə ehtiyac var
19.05.2020
Turistlərə elektron vizaların verilməsi qaydaları dəyişir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info