“Messi getsə, dünyanın sonu olmayacaq”
Tarix: 08.04.2020 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


“Düşünmürəm ki, Messi getsə, A Seriyasının bütün problemləri həll ediləcək. İtaliya futbolunda durum çətindir”.
Qol.az xəbər verir ki, bu sözləri İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Barselona”nın kapitanı Lionel Messinin “İnter”ə keçəcəyi barədə iddialara münasibət bildirərkən deyib.
O, argentinalı hücumçunun La Liqada qalmasını istədiyini, ancaq getsə də, çox şey dəyişməyəcəyini bildirib: “Bu iqtisadi problemlər Messi ilə qətiyyən düzəlməyəcək. Messinin İspaniyada qalmasını çox istərdim. Ancaq getsə belə, dünyanın sonu olmayacaq. Kriştiano Ronaldosuz La Liqanın pullar itirəcəyini mən də demişdim. Amma hər şey tərsinə oldu, əksinə, La Liqa daha çox qazanmağa başladı. Hətta Portuqaliyadakı teleyayım gəlirlərimiz də artdı. Böyük futbolçular bu mənada kömək edirlər, ancaq bir çempionat üçün həlledici olduqlarını demək olmaz”.
Qeyd edək ki, “İnter”in sabiq prezidenti Massimo Moratti yerli mətbuata açıqlamasında “İnter”in Messini transfer etməyə çalışdığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Ronaldo “Juventus“dan ayrılır
29.05.2020
“Barselona” Lautaro Martineslə anlaşıb
29.05.2020
“Arsenal“ın ulduzu “İnter“in təklifini rədd etdi
29.05.2020
“Tottenhem“ Koutinyonu icarəyə götürür
28.05.2020
İngiltərə Premyer Liqasının bərpa tarixi və ilk oyunların təqvimi açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info