“İçərişəhər” DTMQ İdarəsinin yeni incəsənət-xeyriyyə layihəsi
Tarix: 08.04.2020 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Dünyada hazırda yaşanan koronavirus (COVİD-19) pandemiyası dövründə ölkəmizin müxtəlif sahələrində - o cümlədən olduqca zəngin və əhəmiyyətli incəsənət sahəsində də çalışanlara dəstək mühüm əhəmiyyət kəsb edir. Digər istiqamətlərdə olduğu kimi, incəsənət xadimlərinin də fəaliyyətlərini davam etməsi ilə öz istedadları ilə hamımızı sevindirmək və bu ağır günlərə rənglər qatmaq üçün gözəl bir imkan ola bilər.

Məhz bununla bağlı "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu sahədə görülən işlərdə daim yaxından iştirak etməkdədir və bunun davamı kimi, İdarənin təşəbbüsü ilə yeni incəsənət-xeyriyyə aksiyasının həyata keçirilməsi planlaşdırılır.
“İçərişəhər” DTMQ İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, aksiya çərçivəsində İdarə öz hesabına ölkəmizin bir neçə gənc istedadlı rəssamlarına - Bəhruz Kənqərliyə, Səyalı Məmmədovaya, Orxan Qarayevə, İmran Mehdiyevə və Vüsalə Ağarzayevaya - dünyada bu günün əsas mövzusu olan koronavirusla mübarizəyə həsr edilmiş rəsmlərin çəkilməsini sifariş etmişdir. Rəsmlər daha sonra İdarə tərəfindən xüsusi təşkil edilmiş auksiona çıxarılacaq. Auksion onlayn qaydada əvvəlcədən İdarə tərəfindən əlavə elan ediləcək vaxtda qapalı şəkildə keçiriləcək.

Qeyd edək ki, auksionda rəsmlərin satışından əldə olunacaq məbləq İdarə tərəfindən tam şəkildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək.

#BizBirlikdəGüclüyük




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Akademik Musiqili Teatr “Ər və arvad“ tamaşasının 110 yaşını qeyd edir
24.05.2020
“TRT Rusça” 24 maydan yayıma başladı
23.05.2020
Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə elan edilib
21.05.2020
“Təhminə və Zaur“ un altıncı mərtəbəsi-VIDEO
20.05.2020
“O olmasın, bu olsun” tamaşası onlayn göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info