Qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi elan olunub
Tarix: 08.04.2020 | Saat: 17:04:00 | E-mail | Çapa göndər



“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı üzrə müsabiqə elan olunub.

APA-nın məlumatına görə, müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil edilib.
Aprelin 20-dən mayın 9-dək davam edəcək müsabiqə bir kateqoriya üzrə - vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarətdir. Seçim mərhələsi sənədlərə və audio yazılara əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir.

Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər. İştirakçılar azcomposersunion@gmail.com elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər.
Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.
Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır. İştirakçılar tərəfindən fərdi şəkil, yaradıcılıq xülasəsi və audio yazı (5 dəqiqədən çox olmamaq şərti ilə) yuxarıda qeyd olunan elektron ünvana göndərilməlidir. Ərizənin doldurulduğu tarixdən 6 ay əvvəldən tez olmayaraq öndən, sinədən yuxarı çəkilmiş və yüksək keyfiyyətli rəqəmsal formatda şəkillər olmalıdır. Şəkillərin istifadəsinə dair müəllif tərəfindən iddia olunmamalıdır.

Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər. Müsabiqə ilə bağlı ətraflı məlumatı azcomposersunion@gmail.com elektron ünvanı vasitəsilə əldə etmək mümkündür. Seçim mərhələsi ərizəçilər tərəfindən təqdim olunmuş musiqi parçalarına əsasən həyata keçiriləcək. Müsabiqə dinləyicilər üçün qapalı şəraitdə keçirilir.

Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.

5 nəfərdən ibarət Münsiflər heyəti (Firəngiz Əlizadə – sədr, Cəlal Abbasov – üzv, Gövhər Həsənzadə – üzv, Həcər Babayeva – üzv, Elnara Dadaşova – üzv, Lətifəxanım Əliyeva – koordinator) reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək. Münsiflərin ayrı-ayrılıqda qərarlaşdırdıqları fərdi qiymətləndirmə siyahıları ümumi cədvələ köçürüləcək və orta qiymətləndirmə hesabatı ictimaiyyətə açıqlanmazdan əvvəl münsiflər tərəfindən müzakirə olunacaq.

Müsabiqə zamanı münsiflərlə iştirakçılar arasında heç bir ünsiyyətə icazə verilmir. Bu qayda müsabiqəni tərk etmiş iştirakçıya aid edilmir.

Münsiflər heyətinin verdiyi qərara qarşı heç bir etiraz və ya şikayət qəbul edilmir.

Mükafatlar:

Qran-Pri - 2 000 manat məbləğində pul mükafatı

Birinci yer - 1 500 manat məbləğində pul mükafatı

İkinci yer - 1 250 manat məbləğində pul mükafatı

Üçüncü yer - 1 000 manat məbləğində pul mükafatı

Münsiflər heyəti yerlərdən hansınısa heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir.

Əgər bir neçə qalib eyni yeri tutarsa, onda həmin yer üçün müəyyən edilmiş mükafat həmin qaliblər arasında tam şəkildə bölüşdürülməlidir.

Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar təqdim oluna bilər.

Mükafatlar qaliblərə şəxsən nağd pulla təqdim ediləcəkdir.

Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Akademik Musiqili Teatr “Ər və arvad“ tamaşasının 110 yaşını qeyd edir
24.05.2020
“TRT Rusça” 24 maydan yayıma başladı
23.05.2020
Torpaq biomüxtəlifliyi mövzusunda foto və video müsabiqə elan edilib
21.05.2020
“Təhminə və Zaur“ un altıncı mərtəbəsi-VIDEO
20.05.2020
“O olmasın, bu olsun” tamaşası onlayn göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info