“Karantində 3 mindən artıq vətəndaşımız var”
Tarix: 08.04.2020 | Saat: 17:43:00 | E-mail | Çapa göndər



Süni tənəffüs aparatlarına qoşulan koronavirus xəstələrinin çoxu vəfat edir.
APA-nın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


R. Bayramlı deyib ki, koronavirusa yoluxan xəstələr süni tənəffüs aparatına qoşulan zaman ağırlaşmalar, orqan çatışmazlığı yaranır.

“TƏBİB-in qaydaları sərtləşdirmək üçün Operativ Qərargaha, hökumətə müraciət etmək məcburiyyətində qalmamağı üçün vətəndaşlar qaydalara riayət etməlidir. Bu gün yoluxan 105 nəfərdən biri - yaşlı qadının vəziyyəti ağırdır. Nisbətən gənc yaşda olan xəstələrimizin də xəstəliyi ağır keçirməsi halları var. Vətəndaşlarımızın ən böyük töhfəsi karantin rejiminə əməl etməsi olar. O vətəndaşlara həkimlərimizin geyindiyi kambinzonu, maskanı geyindirsək, 1 saat da belə qala bilməzlər. O geyimdə nəfəs almaq çətindir, eynək belə tərləyir. Həkimlər belə çətinliyə dözür, bunun qarşılığında insanların evlərində ailələri ilə günlərini keçirməkləri niyə çətin olsun?! Vətəndaşlarımızla bərabər tibb işçilərinin də psixoloji dəstəyə ehtiyac var. Bu baxımdan tibbi personalımıza və karantindəki vətəndaşlarımıza dəstək üçün Psixoloji Yardım mərkəzi yaradırıq. Bura təcrübəli mütəxəssisləri cəlb edirik. Karantin rejimində 3 mindən artıq vətəndaşımız var. Hazırda yoluxanların bir qismi karantin rejiminə əməl etməyənlərdir”, - deyə TƏBİB sədri vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar
25.05.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
25.05.2020
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
24.05.2020
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı
24.05.2020
Yardımlı RİH bayram sovqatı paylayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info