“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
Tarix: 08.04.2020 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) koronavirus epidemiyasının törətdiyi çətinlikləri aradan qaldırmaq məqsədilə “Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirib.

Xeyriyyə aksiyası zamanı Daşkənddə yaşayan imkansız və maddi vəziyyəti çətin olan azərbaycanlılara və özbəklərə, habelə AMM-nin himayəyə götürdüyü Daşkənddəki 30 saylı uşaq evinin kimsəsiz sakinlərinə sovqat və ərzaq təqdim olunub. Mədəniyyət Mərkəzinin əməkdaşları, həmçinin imkansız ailələrə pul vəsaiti verib, onları “Evdə qal” aksiyasına əməl etməyə çağırıblar.

Qeyd edək ki, Mədəniyyət Mərkəzinin əməkdaşları bundan öncə Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılan xüsusi fonda da vəsait köçürərək Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına dəstək veriblər.

AMM-nin direktoru Samir Abbasov verdiyi açıqlamada vətəndaşlarımızın sağlamlığının dövlətlərimizin gələcəyi üçün mühüm olduğunu qeyd edib. O, koronavirusa yoluxan hər adamın potensial virus daşıyıcısı olduğunu vurğulayaraq, onun öz ətrafını qorumaq üçün məsuliyyət daşıdığını bildirib.

Samir Abbasov vətəndaşlarımızı dövlətlərimizin çağırışına cavab verərək evdə qalmağa və bununla da ətraflarını, ailələrini, əlaqədə olduqları hər bir kəsi qorumağa və nəticədə isə dövlətimizi çətin vəziyyətdə qoymamağa çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
“Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”
24.05.2020
Moskvada baş vermiş atışma zamanı bir nəfər yaralanıb
24.05.2020
Ermənistanda daha 359 nəfər koronavirusa yoluxub
24.05.2020
Rusiyada COVID-19-a yoluxanların sayı 344 481-ə, ölənlərin sayı 3541-ə çatıb
24.05.2020
Ermənistan Gürcüstandan üzr istəyib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info