Dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib-VIDEO
Tarix: 08.04.2020 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə məqsədilə qəbul etdiyi Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir. Proses 3 mərhələyə bölünüb. İlkin mərhələdə hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir.

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanmış bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək. Bunun üçün zərərə məruz qalmış sahələr və zəruri meyarlar müəyyənləşdirilib. Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi ayırıb. Bu məbləğ 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərin üstünə həm də dövlət sosial siğorta ayırmaları da hesablanaraq ödəniləcək. Əsas məqsəd hər bir işçinin gələcək sosial müdafiəsi təmin edilməsidir ki, perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın.

Trend-in məlumatına görə, məsələyə münasibət bildirən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, müəssisələrin muzdlu işçilərə ödədiyi əmək haqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta əmək haqqı məbləği götürülüb. Bu, 712 manat təşkil edir. Bu məbləğdən daha aşağı əmək haqqı alan hər bir işçinin əməkhaqqı tam həcmdə dövlət tərəfindən müəssisəyə ödəniləcək. Orta aylıq əmək haqqından daha çox alan işçi üçün maksimal hədd orta ayılıq əmək haqqı səviyyəsində müəyyən edilib.

Bu gündən həm də mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilir. 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir.

Maliyyə dəstəyini tezləşdirmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

İqtisadiyyat naziri qeyd edib ki, hər bir mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olmayacaq. Maksimal məbləğ isə 5000 manat həcmindədir. Bir çox fərdi sahibkarların muzdlu işçiləri də var və bu şəxslər də dövlət proqramından yararlanacaq.

Bununla yanaşı, iqtisadi fəallığın qorunması məqsədilə sahibkarlara vergi stimulları da veriləcək. Biznes kreditlərinə dəstək proqramlarına isə 1,5 milyard manat ayrılıb. Atılan addımlar sahibkarlara bu müddət ərzində yeni planlar qurmaq və bizneslərini inkişaf etdirmək üçün bir fürsətdir. Dövlət strukturları iş yerlərinin azaldılmaması, işçilərin ixtisar olunmaması, biznes itkilərini azaltmaq üçün sadalanan istiqamətlərdə fəaliyyət bərpa olunandan sonra da zəruri dəstəyi verəcək.

M.Cabbarov bildirib ki, bütün bu dəstək tədbirləri, qəbul edilmiş proqramlar, sahibkarlığa kredit-zəmanət mexanizmi, vergi güzəştləri ilə bağlı qanunverici təşəbbüslər iqtisadi fəallığın qorunmasına yönəlib və ölkənin gələcək iqtisadi artımını təmin etmək üçün zəruri bazanı və elementləri özündə əks etdirir.




 
Bölməyə aid digər xəbərlər
24.05.2020
Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır
23.05.2020
Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
23.05.2020
Nazirlər Kabineti istehsalçıların toxum təminatı ilə dəstəklənməsi üçün 5 milyon manat ayırıb
23.05.2020
İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət edib
23.05.2020
“Bank müqavilələrinin müşayiəti” mövzusunda işgüzar görüş

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info