“Hasilat işlərini Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun qaydada aparırıq”
Tarix: 08.04.2020 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


“AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev qurumun pandemiya ilə əlaqədar məhdudiyyətlərin qoyulduğu bir dövrdə hasilat və ixrac fəaliyyətini necə tənzimləsi barədə danışıb. O deyib ki, “AzerGold” tövsiyə edilən qaydalara uyğun fəaliyyət göstərilir:
“Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejimində bəzi dövlət əhəmiyyətli və həyat təminatı obyektləri, habelə bəzi xüsusi müəssisələr fəaliyyətini fasiləsiz rejimdə davam etdirir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti də bu siyahıda yer alır və hasilat işlərini Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun qaydada aparır.
Hasilata başladığı ildən mənfəətlə çalışan Cəmiyyətimiz fəaliyyətini cari ildə də uğurla davam etdirir. İstər hasilat, istərsə də satış əməliyyatları ötən aylarda plandan daha artıq həyata keçirilmişdir. Bunun nəticəsidir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkələrarası müntəzəm uçuşlara məhdudiyyətlərin qoyulduğu, ixracın həyata keçirilmədiyi dövrdə də hasilatın və digər fəaliyyətlərin tam gücü ilə bir müddət davam etdirilməsi üçün maddi resurslar mövcuddur”.
O cəmiyyət tərəfindən ixrac əməliyyatları da həyata keçirilib keçirilməməsinə aydınlıq gətirib:
“Xeyr, həyata keçirilmir. Çünki Cəmiyyətin hasil etdiyi metalların daşınması xidmətini həyata keçirən ixtisaslaşmış beynəlxalq logistika şirkəti pandemiya səbəbindən müntəzəm uçuşlar dayandırıldığı üçün xidmət göstərə bilmir. Ümid edirik ki, sözügedən şirkət qısa zaman kəsiyində xidmətə başlayacaqdır. Əks halda, Cəmiyyət alternativ yolla daşınma üçün müraciət edəcək. Bu isə müvafiq çarter reyslərinin təşkil edilməsi deməkdir. Çarter təyyarə reyslərinin təşkil edilməsi indiki halda kifayət qədər böyük vəsait tələb edir və 5-6 dəfə daha artıq izafi xərclər deməkdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2020
Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır
23.05.2020
Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
23.05.2020
Nazirlər Kabineti istehsalçıların toxum təminatı ilə dəstəklənməsi üçün 5 milyon manat ayırıb
23.05.2020
İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət edib
23.05.2020
“Bank müqavilələrinin müşayiəti” mövzusunda işgüzar görüş

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info