Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur
Tarix: 08.04.2020 | Saat: 21:16:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.

Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;

- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.

Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcək".




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Pandemiya Bakı sakinlərinin 44%-nin maddi durumuna təsir edib
24.05.2020
Ramazan bayramının qaydaları
24.05.2020
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından aztəminatlı ailələrə sovqat
24.05.2020
“Rabitəbank” aztəminatlı tənha yaşayan ahılları sevindirib
24.05.2020
“Azərsun Holdinq” aztəminatlı ailələrə Ramazan sovqatı hədiyyə edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info