Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin nümunəsidir
Tarix: 08.04.2020 | Saat: 22:32:00 | E-mail | Çapa göndər



Bəşəriyyətin koronavirus (COVID-19) infeksiyası kabusu ilə qarşı-qarşıya qaldığı bir vaxtda risk qrupuna daxil olan, yaşı 65-dən yuxarı insanların sağlamlığı, təhlükəsizliyi bu gün daha çox müzakirə olunan mövzulardandır.

Milli Məclisin deputatı Müşfiq Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bütün dövrlərdə Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən biri ağsaqqala, ağbirçəyə hörmət etmək, dərin ehtiram göstərmək olub.
Hər zaman ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətləri kimi əsas götürülüb. Qlobal pandemiya təhlükəsinin Azərbaycandan yan keçmədiyi vaxtda ən əvvəl koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı vətəndaşlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar.

“Hər zaman humanist addımları, qərarları ilə hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sonuncu əfv Sərəncamı isə bütün dünya üçün ən yaxşı nümunələrdəndir. Belə bir çətin sınaq dövründə müəyyən səbəblər üzündən azadlıqdan məhrum olan 65 yaşdan yuxarı vətəndaşlar dövlət başçısının diqqətindən, qayğısından kənarda qalmadı. Ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürü olaraq dövlət başçısı 176 məhkumun əfv olunmasına dair Sərəncam imzaladı. Bu da milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin tutduğu mövqeyindən asılı olmayaraq hər bir vətəndaşının sağlamlığını, təhlükəsizliyini qoruduğunun daha bir nümunəsi oldu”-deyə deputat qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info