Deputatlar bu gün toplaşır – Baş Nazir hesabat verəcək
Tarix: 09.04.2020 | Saat: 10:03:00 | E-mail | Çapa göndər


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Trend-in məlumatına görə, iclasın gündəliyinə altı məsələ daxildir.
Gündəliyin birinci məsələsi - Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqındadır. Gündəliyin ikinci məsələsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı barədədir.

Trend-in məlumatına görə, karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədovun plenar iclasda videohesabatı dinləniləcək. Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

İclasın gündəliyinə təklif olunan digər dörd məsələ isə bunlardır:

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixi 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə (ikinci oxunuş).

"Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).

"Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).

Yaşı 65 və ondan yuxarı olan deputatlardan isə xahiş edilib ki, karantin rejiminin qaydalarına əməl etsinlər.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Tural Gəncəliyev kanadalı deputatın “təbrik məktubu”na kəskin etiraz edib
30.05.2020
Tədqiqatçı: Ulu öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışı dövlətçilik tariximizin şanlı səhifələrindəndir
30.05.2020
Deputat: Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini ölkənin hər bir vətəndaşı görür
29.05.2020
Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir
29.05.2020
Elmira Axundova etimadnaməsini Vladimir Zelenskiyə təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
3 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
4 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
5 Qasımbəy yeməyi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info