Aidə Bəndəliyeva: “Hər kəsin evdə qalması, sanitar-gigiyenik qaydalara ciddi riayət etməsi tövsiyə olunur”
Tarix: 09.04.2020 | Saat: 14:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin müəllimi: “Koronovirus orqanizmidə öz işini görməsi üçün orada yaşamalı, hüceyrə daxilinə girərək, orada çoxalmalıdır. Lakin, bakteriya və göbələklərədən fərqli olaraq, viruslar böyümək, bölünərək çoxalmaq funksiyasıa malik deyillər. Orqanizm hüceyrələri də güclü bir qoruyucu mexanizmə malik olduğundan, onlar yad cisimləri buraxmırlar”

Koronavirus pandemiyasına görə insanların sağlamlığına daha çox diqqət etməsi vacibdir. Bu baxımdan cəmiyyətin tibbi maariflənməsinə ehtiyac var. Müsahibimiz Azərbaycan Tibb Universitetinin Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müəllimi Aidə Bəndəliyeva bu haqda "Palitra"ya fikirlərini bölüşüb:

- Hazırda dünyanı bürüyən koronovirus infeksiyasının əsas xüsusiyyətləri haqqında nə deyə bilərsiniz?

- Bu gün dünyada böyük sürətlə yayılan COVID 19 virusu, virusoloqların da qeyd etdiyi kimi, müxtəlif dövrlərdə dünyada bir çox insanın həyatına son qoymuş SARS və MERS ilə eyni virus qrupundadır. Lakin hazırda dünyada böyük sürətlə yayılan Covid-19 virusunun özəl xüsusiyyətləri haqqında məlum olan odur ki, bu virus quru səthdə yaşamır, yalnız nəm səthdə fəal olub, hava damcısı vasitəsilə yayılır. Yəni, virus yaşaması üçün ilk halda selikli qişalara (göz, ağız, burun) keçir. Lakin selikli qişalara keçməsi hələ onların tam olaraq inkişaf edib, öz təsirini göstərməsi üçün o qədər də əlverişli mühit deyil. Çünki, bu orqanlardan ifraz olunan selikli su, hətta bronxlar və ağciyərlər də onlara yad cisim düşdükdə öskürək və asqıraq yolu ilə onları uzaqlaşdırmağa çalışırlar. Lakin, çox halda orqanizmi bu cür ağır vəziyyətə salmamaq üçün yuyulmamış əlləri qətiyyən üzə, gözə, ağız-buruna vurmaq olmaz. Asqıran və öskürən zaman hər kəs ağız-burnunu örtməlidir. Qeyd edilməlidir ki, koronovirus orqanizmidə öz işini görməsi üçün orada yaşamalı, hüceyrə daxilinə girərək, orada çoxalmalıdır. Lakin, bakteriya və göbələklərədən fərqli olaraq, viruslar böyümək, bölünərək çoxalmaq funksiyasıa malik deyillər. Orqanizm hüceyrələri də güclü bir qoruyucu mexanizmə malik olduğundan, onlar yad cisimləri buraxmırlar.

“Evdə qalıb sağlam olmaq üçün düzgün həyat tərzini, yəni normal yuxu, yüngül idman, otaqların mütəmadi havalandırılması, meyvə-tərəvəzlərin üstünlük təşkil etdiyi normal qidalanmanı təmin etməklə, hər kəs sağlamlığını qoruya bilər”

- Bəs belə olan halda koronavirus orqanizmdə necə yaşaya bilir və onlar yaşlı insanlar üçün niyə bu qədər təhlükəli hesab olunur?

- Bu sualı dəqiq cavablandırmaq üçün, öncə mühüm bir məqama toxunmaq istərdim. Məlumdur ki, orqanizmin sağlam olması üçün vacib maddələrin –zülallar, yağlar, karbohidratlar, nuklein turşuları, ATF və vitaminlərin, bir çox mikroelemntlərin orqanizmidə kifayət qədər olması çox vacibdir. Çünki, bunların hər birinin həyatı vacib funksiyaları var. Bu maddələr içərisində insan orqanizmində zülali maddələr demək olar ki, əksəriyyət funksiyaların daşıyıcıları kimi əhəmiyyət kəsb edirlər. Zülallardan orqanizmin müxtəlif toxuma və hüceyrələrinin qurulması üçün plastik tikinti materialı kimi istifadə olunur. Maddələr mübadiləsinin tənzimlənməsində fəal iştirak edən müxtəlif fermentlər, bəzi hormonlar (polipeptid hormonları) zülal təbiətlidirlər. Əzələlərin yığılma-boşalma funksiyası, onların liflərində fəaliyyəti, qanda oksigen və karbon qazının daşınmasında da onlar mühüm rol oynayırlar. Həmçinin hemoqlobin tənəffüs zülalı kimi mühümdür. Onlar hüceyrə və toxumaların immunitetini də təmin edirlər. Qanın tərkibində geniş yayılmış albumin və qlobulin zülalları, beyin toxumasında sintez olunan bir çox spesifık zülallar orqanizm üçün müstəsna əhəmiyyət kəsb edirlər. Qeyd etmək lazımdır ki, insan yaşa dolduqda yaşlı orqanizm immun sisteminin güclənməsində, toxumaların inkişafında və bərpa olunması üçün vacib rol oynayan ACE-2 protein reseptorları sintez olunur. Müəyyən olunmuşdur ki, məhz bu zülallar Covido-19 virusunu özünə birləşdirə bilir. Belə zülallara tibbdə “xain və ya satqın zülallar” da deyilir. Bu hala həm yaşlı, həm də kəskin ürək-damar xəstəlikləri olan insanlarda əsasən təsadüf olunur. İnsan nə qədər cavan olsa, orqanizmdə ACE-2 zülalı bir o qədər az olar. Düzdür az yaşlı uşaqlar bu virusa yoluxduqları təqdirdə özləri bunu yüngül keçirə bilsələr də, ailədə yaşlı insanlar üçün bu daşıyıcılar qorxulu təhlükə mənbəyi ola bilərlər. Ona görə də hər kəsin evdə qalması, sanitar-gigiyenik qaydalara ciddi riayət etməsi tövsiyə olunur. Bu təhlükəli virusdan qorunma prosesi insanlardan hələ bir qədər də vaxt tələb edə bilər. Belə olacağı təqdirdə kimsənin qorxnmasına qətiyyən ehtiyac yoxdur. Əksinə, epidemiya və xəstəliklərə yüksək əhvali-ruhiyəyə, nikbinliyə və böyük özünəinama xas olmaqla daha asan qalib gəlmək mümkündür. Çünki, bədbinliyə qapılmaq, inamsızlıq və ruh düşgünlüyü insanlarda psixoloji gərginliyə gətirib çıxarır ki, bu da immun sistemin möhkəmliyinə ağır zərbə vurmuş olur. Ona görə də evdə qalıb sağlam olmaq üçün düzgün həyat tərzini, yəni normal yuxu, yüngül idman, otaqların mütəmadi havalandırılması, meyvə-tərəvəzlərin üstünlük təşkil etdiyi normal qidalanmanı təmin etməklə, hər kəs sağlamlığını qoruya bilər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info