Koronavirus görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb
Tarix: 09.04.2020 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Koronavirus (COVID-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planının icrasını təmin etmək məqsədilə koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün, aprelin 9-da Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ilkin sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 698 vergi ödəyicisinə 1 mln. 728 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 533 fərdi (mikro) sahibkara isə 637 min manat vəsait onların müvafiq bank hesablarına köçürülüb.
Tədbirlər Planına uyğun olaraq sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin ödənilməsi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdiriləcəkdir. Həmin sifarişlər pandemiya nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq Maliyyə Nazirliyinə təqdim olunur.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
29.05.2020
“Mən də bu ölkənin vətəndaşı olduğum üçün qürur duyuram“
29.05.2020
Gələn aydan açıq havada idman yarışlarının təşkilinə icazə verilir
29.05.2020
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
29.05.2020
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info