“Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır”
Tarix: 09.04.2020 | Saat: 21:25:00 | E-mail | Çapa göndər



“Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Bununla da ATƏT-in Minsk Qrupu məşğul olur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə seperatçı rejimin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirdi "seçkilərə" münasibət bildirərkən deyib.

Rusiya XİN sözçüsü bununla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatının olduğunu xatırladıb: “Hesab edirik ki, seçkilər əhalinin normal həyat fəaliyyəti üçün vacibdir. Bununla yanaşı, Rusiya Federasiyası, bildiyiniz kimi, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Hesab etmirik ki, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra sülh yolu ilə nizamlanması prosesi hansısa mənada adıçəkilən tədbirdən asılıdır”.

M.Zaxarova məlum məsələyə münasibət bildirməsinin Rusiya XİN-in öz təşəbbüsü olmadığını, onlara ünvanlanan suala cavab olaraq bildirildiyini söyləyib.




 
Bölməyə aid digər xəbərlər
24.05.2020
Moskvada baş vermiş atışma zamanı bir nəfər yaralanıb
24.05.2020
Ermənistanda daha 359 nəfər koronavirusa yoluxub
24.05.2020
Rusiyada COVID-19-a yoluxanların sayı 344 481-ə, ölənlərin sayı 3541-ə çatıb
24.05.2020
Ermənistan Gürcüstandan üzr istəyib
23.05.2020
Ukrayna Ali Radasının deputatı şəxsi ofisində ölü tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info