“Gələcək naminə birlikdə!“ onlayn yaradıcılıq müsabiqəsinə start verilib
Tarix: 10.04.2020 | Saat: 12:41:00 | E-mail | Çapa göndər



Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Gələcək naminə birlikdə!” onlayn respublika yaradıcılıq müsabiqəsinə start verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Bakı şəhəri və digər regionlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.
İki mərhələdən ibarət olan müsabiqə iki yaş qrupu üzrə (7-12 və 13-17 yaş qrupları) təşkil olunur. Müsabiqəyə hər yaş qrupu üzrə yalnız bir videoçarx ilə qatılmaq olar. Müddəti 1-3 dəqiqədən artıq olmayan videoçarxlarda ailə üzvlərinin də iştirakına icazə verilir. Müəllifin adı və soyadı, yaşı, təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı göstərilməklə, videoçarxlar aprelin 13-dən 26-dək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına (ugim-2@mk.edu.az) göndərilə bilər.
Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək. Qaliblər diplom və hədiyyələrlə mükafatladırılacaq.
Müsabiqənin məqsədi yeni koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi dövründə uşaqların asudə vaxtlarının səmərəli təşkili, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsi, istedadlı və perspektivli uşaqların üzə çıxarılmasından ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
“Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları”
26.05.2020
“Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir”
26.05.2020
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub
26.05.2020
Vikipediyada Özbək dilində Əbdürrəhim bəy Haqverdiyev adlı bölmə istifadəyə verilib
26.05.2020
“Dərs vaxtı“ verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info