Koronavirus Neymarı da “vurdu” – Maaşı kəskin şəkildə azaldılır
Tarix: 10.04.2020 | Saat: 12:46:00 | E-mail | Çapa göndər



Koronavirus pandemiyasının klublara vurduğu iqtisadi zərbəyə görə Fransada futbolçuların maaşı azaldılacaq.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, çempionatın yayımçı şirkəti olan “Canal+” və “beIN Sports”un klublara ödəmələri dayandırmasından sonra bununla bağlı hökumətə təklif göndərilib.

Fransa Peşəkar Futbolçular Assosiasiyası İqtisadiyyat və Maliyyə Nazirliyindən xahiş edib ki, futbolda mümkün maliyyə böhranından qaçmaq üçün oyunçuların maaşının müvəqqəti olaraq dərhal azadılması ilə bağlı qərar versin. Artıq tərəflər arasında bu məsələdə razılıq əldə edilib. Beləliklə, rəsmi qərardan sonra futbolçuların maaşında azalma faizi aşağıdakı kimi olacaq:
Ayda 10 min avroyadək maaş alan oyunçular - azaldılmayacaq
Ayda 10-20 min avro alan oyunçular – 20 faiz
20-50 min avro alan oyunçular – 30 faiz
50-100 min avro alan oyunçular – 40 faiz
100 mindən çox avro alan oyunçular – 50 faiz
Beləliklə, qərar təsdiqlənəcəyi halda bundan ən çox Fransa Liqa 1-in ən bahalı oyunçusu (illik 31,6 milyon avro) Neymar ziyan çəkəcək. Onun maaşı yarıbayarı azaldılacaq.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
“Atletiko“ “Çelsi“nin futbolçusunu istəyir
26.05.2020
“Betis“ “Barselona“nın 4 üzvü ilə danışıq aparır
26.05.2020
Almeyda klubundan göndərilir
26.05.2020
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
26.05.2020
“Qələbə qazananlar yaxşı müdafiə olunan komandalardır“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info