BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir
Tarix: 10.04.2020 | Saat: 13:07:00 | E-mail | Çapa göndər


Ölkədə koronavirusla (COVİD-19) bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbilə Bakı Dövlət Universitetində (BDU) təhsilin davamlılığı onlayn (məsafədən) formada həyata keçirilir.
Universitetdən verilən məlumata görə, tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır. Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il 18 mart tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkil edilməsi ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə etmişdir.

BDU-da 2020-ci il 18 mart tarixindən başlayaraq onlayn tədris prosesinin təşkili, müəllim və tələbə heyətinin “Microsoft Teams” platformasına inteqrasiyası müvəffəqiyyətlə təmin edilib. Universitetin bu platformaya daxil edilən 20 mindən artıq istifadəçi hesabı, 1500-dən artıq qrup və qrup birləşməsi yaradılıb. Dərslər 2020-ci il 31 mart tarixinədək “Zoom” platforması və videodərslər vasitəsi ilə tənzimlənib. 29-31 mart tarixlərindən “Microsoft Teams” platformasında sınaq dərslər keçiriləndən sonra, 1 aprel tarixindən başlayaraq tədris aktiv dərslərlə davam etdirilir.

Hazırda BDU-da dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir. BDU-nun 15 mindən artıq aktiv istifadəçisinin yararlandığı platformada bu günə qədər 8000-ə yaxın dərs keçirilib, gündəlik dərslərin sayı orta hesabla 1000, istifadəçilərin sayı isə 10 000-dir. Platforma BDU tələbələrinin 80%-ni əhatə edir.
Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin video qeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
26.05.2020
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən açıqlama
26.05.2020
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
25.05.2020
Azərbaycan Xalq Cümhuriyyəti – istiqlaliyyət dastanı!
25.05.2020
Yunanıstandakı soydaşlarımız Ramazan bayramını qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info