Ermənistan Rusiyadkı miqrantların yardımından da məhrum oldu
Tarix: 10.04.2020 | Saat: 13:47:00 | E-mail | Çapa göndər



Ermənistan koronavirus səbəbindən hər gün Rusiyadan orta hesabla 3 milyon dollar həcmində göndərilən pul köçürmələrini məhrum ola bilər. Ermənilərin “News.am” saytının yazdığına görə, ötən -2019-cu ildə Ermənistandan Rusiyaya ixrac təxminən 734,5 milyon dollar həcminə çatsa da, amma Rusiyada çalışan fərdi şəxslər tərəfindən Ermənictana göndərilən pul köçürmələri 1 055,6 milyon dollar təşkil etmişdi ki, bu da iki ölkə arasındakı ixracın həcmindən 1,4 dəfə çox idi.

Bu pulların Ermənistana Rusiyadakı erməni əmək miqrantları tərəfindən göndərildiyinin yazan sayt, koronavirusun artıq bütün pul köçürmələrinin qarışısına sipər çəkdiyini bildirir. Ötən il 634 mindən artıq Ermənistan vətəndaşının Rusiyanın miqrasiya xidməti tərəfindən qeydə alındığını bildirən sayt, əslində bunun reallığı o qədər də düzgün əks etdirmədiyini də gizlətmir. Çünki hazırda Rusiyada qeyri-rəsmi şəkildə miqrasiya həyatı yaşayan erməniləin sayı bundan xeyli çoxdur.
Xatırladaq ki, artıq martın 18-dən mayın 1-dək Rusiya hökuməti xarici vətəndaşların ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırıb. Təbii ki, bu da mövsümi iş üçün Rusiyaya getməyə hazırlaşan erməni miqrantlarınin evdə oturmasına səbəb olub.
Qeyd edək ki, Rusiyadan gələn son xəbərlərə istinad edən sayt Ermənistanın qarşıdaki aylarda üzləşəcəyi faciə ilə bağlı bədbinliyini də gizlətmir. Sayt bunula bağlı yazır: “Boston Konsaltinq Qrupu (BCG) konsaltinq şirkəti mütəxəssislərinin fikrincə, Rusiyada koronavirusun ən yüksək səviyyəsi may ayının əvvəlində, yəni təxminən bir ay yarımdan sonra gözlənilir. Karantinin iyun-iyul aylarına qədər davam edəcəyi də proqnozlaşdırılır. Əslində pessimist qiymətləndirmələr daha çoxdur. Ehtimal ki, təcrid rejimi daha 1-1,5 il davam edə bilər. Bu vəziyyətdə, təbii ki, Ermınistan üçün nəticələr olduqca ciddi olacaq. Son bir ildə Rusiyadan Ermənistana orta hesabla 2.9 milyon dollar pul köçürüldüyünü və indi belə bir pul axınına ümid olmadığını yada salsaq, onda Rusiya və digər ölkələrdən pul köçürmələri
hesabına yaşayan erməni ailələrinin hansı aqibətlə üzləşəcəklərini təsəvvür etmək elə də çətin deyil”.
Ağasəf Babayev














 
Bölməyə aid digər xəbərlər
25.05.2020
“Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”
24.05.2020
Moskvada baş vermiş atışma zamanı bir nəfər yaralanıb
24.05.2020
Ermənistanda daha 359 nəfər koronavirusa yoluxub
24.05.2020
Rusiyada COVID-19-a yoluxanların sayı 344 481-ə, ölənlərin sayı 3541-ə çatıb
24.05.2020
Ermənistan Gürcüstandan üzr istəyib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
5 Qiyməli pendirli yemək resepti -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info