Azərbaycan qazını Bolqarıstana nəql edəcək interkonnektor tezliklə istifadəyə veriləcək
Tarix: 10.04.2020 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) yaxın zamanlarda istifadəyə verilməsi gözlənilir.

Trend-in məlumatına görə, bunu Yunanıstanın Energetika və ətraf mühit naziri Kostis Hadzidakis deyib.
O bildirib ki, IGB Bolqarıstana təbii qaz idxalı mənbələri və marşrutlarını şaxələndirməyə imkan verəcək:
“IGB-nin tezliklə istifadəyə veriləcəyi gözlənilir. Bu, Yunanıstanın geostrateji mövqeyinin möhkəmləndirilməsi və ölkənin regional enerji qovşağı qismində rolunun artmasa baxımından çox vacibdir. Bu kontekstdə, həmçinin Aleksandrupolisdə TAP və IGB-yə qoşulacaq və qəbul, saxlama və təkrar qazlaşdırma üçün nəzərdə tutulan üzən qurğunun tikintisi layihəsini, eləcə də Kavalada yeraltı qaz anbarını qeyd etmək lazımdır”.
Qeyd edək ki, IGB interkonnektoru Bolqarıstana "Şahdəniz-2" yatağından əldə edilən Azərbaycan qazını almağa imkan verəcək. IGB "Şahdəniz" yatağının ikinci mərhələsindən qazın Avropa bazarlarına çıxarılacağı TAP ilə birləşdiriləcək.
Birinci mərhələdə qaz kəmərinin ötürücülük qabiliyyəti 3 milyard kubmetr qaz təşkil edəcək ki, bunun da 2,7 milyard kubmetri uzunmüddətli bazarlara, 0,3 milyard kubmetr həcmində qalan pay isə qısamüddətli bazarlara yönəldiləcək.
İkinci mərhələdə bazarın inkişafından asılı olaraq, boru kəmərinin ötürücülük qabiliyyəti əlavə kompressor stansiyası sayəsində 5,3 milyard kubmetrə qədər artırıla bilər ki, bunun da 4,5 milyard kubmetri uzunmüddətli bazarlara, 0,5 milyard kubmetri isə qısamüddətli bazarlara yönəldiləcək.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
26.05.2020
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
24.05.2020
Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info