“Xocəsən” deposuna aparan tunellərdə qazıntı işləri tamamlanıb
Tarix: 10.04.2020 | Saat: 14:38:00 | E-mail | Çapa göndər



Bakı metropolitenində yeni xəttin tikintisində əhəmiyyətli hadisələrdən daha biri baş verib.

“Bakı Metropoliteni” QSC-dən APA-ya verilən məlumata görə, “Avtovağzal” stansiyasını şərti adı “Xocəsən” olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1182 metr olan ikinci tunelin qazıntısı tamamlanıb. “Xocəsən” deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Çünki tunellərin yerləşdiyi coğrafi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir. Digər tərəfdən tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmiryol xətti, mühüm mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçir. Bunlar nəzərə alınaraq bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb. İnşaat dövründə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının xüsusi tələblərinə riayət olunması da diqqətdən kənarda qalmayıb. Qeyd edilənləri nəzərə alaraq, tunellərin qazıntısı daim xüsusi diqqət mərkəzində olub, işlərə təcrübəsi və peşəkarlığı ilə seçilən inşaatçılar cəlb olunublar. Nəticədə, inşaat meydançasında xoşagəlməz hadisə qeydə alınmayıb, tunellərin qazıntısı təhlükəsiz şəraitdə aparılıb və itkisiz başa çatdırılaraq, Bakıda metro inşaatının növbəti uğuru kimi tarixdə yerini alacaq.

Bütün çətinliklərə, eləcə də tunelin mürəkkəb konfiqurasiyasına baxmayaraq, markşeyderlərin hesablamaları dəqiq olub. Beləliklə, sağ tunel kimi, diametri 5,5 olan sol tunelin qazıntısı da müvəffəqiyyətlə tamamlanaraq, ən yüksək dəqiqliklə “Avtovağzal” stansiya tunelinə birləşdirilib.
Qeyd olunur ki, 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb. Bu tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib: “Beləliklə, Bənövşəyi xəttin elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır. İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, ən əsası, yol yatağını müvafiq qaydalara uyğun hazırlayaraq, yolun üstquruluş elementlərini qurmağa başlayacaqlar. Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır”.
Məlumatda həmçinin bildirilir ki, “Xocəsən” deposunun inşası 3 mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qeyd edilən işlərin minimal tələblər səviyyəsində yerinə yetirilməsinə imkan verən qurğu və binalar inşa olunur. Bir sıra xidməti sahələrin yaradılması istiqamətində işlər aparılır.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
26.05.2020
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
24.05.2020
Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info