“Beynəlxalq təşkilatları ikili standartlar tətbiq etmədən Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırırıq”
Tarix: 12.04.2020 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


“Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş və planlı şəkildə həyata keçirdiyi işğalçılıq siyasəti bu gün də davam etməkdədir. Hazırda Azərbaycanın torpaqlarının 20 faizinin hələ də ermənilərin işğalı altında olması bunu sübut edir”

“Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısının iştirakı ilə kompleksin açılışı olub”

1918-ci ilin mart ayında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı hadisə tarixi mənbələrdə də öz əksini tapmış soyqırımı aktıdır. Bu faciənin dəhşəti hər cür sübutlarla göz önündədir. Bunu törədənlər tarix və insanlıq qarşısında cavab verməlidirlər. Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin rəhbəri Mülazim Pahsa bildirib. Mart soyqırımı zamanı üç gün ərzində yalnız Bakıda 30 min günahsız insanın vəhşicəsinə qətlə yetirildiyini xatırladan dərnək sədri deyib: “Bakı ilə yanaşı, Azərbaycanın Şamaxı, Quba və digər regionlarında da törədilmiş qətliamlar zamanı 120 minə yaxın, bəzi mənbələrə görə isə daha çox insan öldürülüb. Bu qanlı hadisələr zamanı 162 kənd yandırılıb, 27 kənd isə tamamilə məhv edilib. On minlərlə insan doğma yurd-yuvalarından didərgin salınıb. Bu vəhşiliklərin qarşısı Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana daxil olması və xalqın dəstəyi ilə alınıb. Həmin hadisələr zamanı qəhrəmanca şəhid olmuş əsgərlərimizin xatirəsi bu gün də Azərbaycanın hər bir bölgəsində yad edilir, müxtəlif abidələrlə yaşadılır”. Ermənilər tərəfindən vəhşiliklərin və vandalizm aktlarının tarixboyu yalnız Azərbaycanda deyil, Türkiyənin də bir sıra bölgələrində törədildiyini bildirən M.Pahsa deyib: “Bunun bariz nümunələrindən biri yaxın keçmişdə, 1992-ci ildə Azərbaycanın tarixi şəhərlərindən biri olan Xocalıda törədilmiş soyqırımı aktıdır. Ümumiyyətlə XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törədilən bütün faciələr Azərbaycan torpaqlarının zəbti, etnik təmizləmə və zorakılıqla müşayiət olunub. Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş və planlı şəkildə həyata keçirdiyi işğalçılıq siyasəti bu gün də davam etməkdədir. Hazırda Azərbaycanın torpaqlarının 20 faizinin hələ də ermənilərin işğalı altında olması bunu sübut edir. Azərbaycan türklərinə qarşı törədilmiş bu soyqırımı aktlarının dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılması bir türk olaraq hər birimizin borcudur”.

“1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı insan hüquqlarının kobudcasına pozulması aktları, etnik təmizləmələr və deportasiyalar həyata keçirilib”

Qeyd edək ki, Mavritaniyanın “Əl-Cumhuriyyə” və “Əs-Səfir” portalları Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanovun müəllifi olduğu və 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş məqalə yayıblar. Məqalələrdə mart 31-də xalqımızın 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş dəhşətli qətliamın qurbanlarının xatirəsini yad etdiyi bildirilir. Qeyd olunur ki, 1918-ci ilin mart və aprel aylarında erməni-daşnak və bolşevik dəstələri Azərbaycanın müxtəlif yerlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Bakı, Gəncə, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul və digər şəhərlərdə insanların dini və etnik mənsubiyyətinə görə törədilmiş kütləvi qırğınlar nəticəsində 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Diqqətə çatdırılır ki, Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində törədilmiş kütləvi qətllər, talanlar və etnik təmizləmələr nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscidlər və qəbiristanlıqlar yerlə-yeksan edilib. Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımının dəhşətləri 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın tapılması ilə bir daha sübut olunub. Əldə olunan maddi sübutlar və sənədlər göstərir ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni daşnaklarının törətdikləri qanlı aksiyaların miqyası daha geniş olub. Yazılarda vurğulanır ki, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısının iştirakı ilə kompleksin açılışı olub. Erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı törədikləri soyqırımı və məqsədli deportasiya siyasəti Azərbaycan tarixində ağrılı səhifələrdir. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı insan hüquqlarının kobudcasına pozulması aktları, etnik təmizləmələr və deportasiyalar həyata keçirilib. Bu qanlı hadisələr yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Hər bir vandalizm, separatçılıq, millətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilməlidir. “Biz beynəlxalq təşkilatları ikili standartlar tətbiq etmədən Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırırıq. İnanırıq ki, ədalət tezliklə bərpa ediləcəkdir. Bu dəhşətli cinayətə soyqırımı aktı kimi beynəlxalq hüquqi qiymət veriləcək, günahkarlar cəzalandırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bir milyondan artıq Azərbaycan vətəndaşı öz evlərinə qayıdacaq və əsir düşən azərbaycanlılar azad ediləcək”, - deyə yazılarda vurğulanır.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info