“Koronavirusla mübarizə tədbirləri sistemli və planlaşdırılmış şəkildə həyata keçirilir”
Tarix: 13.04.2020 | Saat: 11:37:00 | E-mail | Çapa göndər


Murad Salmanov: “On beş mindən artıq Azərbaycan vətəndaşının müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilməsi insanlarımıza verilən dəyərin ən gözəl nümunələrindən biri idi”

“Bu gün bütün dünya koronavirus adlı təhlükəli bir düşmənlə mübarizə aparır. Bu‚ elə bir mübarizədir ki, dünyanın hər bir ölkəsi bu bəlanın içərisindədir. Azərbaycan isə bu mübarizənin ön sıralarındadır”. Bunu araşdırmaçı yazar, yəhudi icmasının aktiv üzvü, Vaad L Hatzolas-Amerika Yəhudiləri Təşkilatının keçmiş mətbuat Katibi Murad Salmanov “Palitra”ya verdiyi açıqlamada bildirib. O ölkədə koronavirusla mübarizə çərçivəsində görülən işlərdən danışaraq qeyd etdi ki, Azərbaycanın vaxtında gördüyü önləyici tədbirlər olmasaydı indi ölkədə sosial durum kritik həddə çatmışdı: “Artıq dünyanın bir çox qabaqcıl ölkələrində nəinki kütləvi insan itkiləri yaşanır‚ həm də siyasi və iqtisadi böhranlar da özünü biruzə verməyə başlayıb. Dövlətimiz bütün bu kimi proqnozlaşdırılmış olacaqları öncədən duydu, hadisələri qabaqlamağa çalışdı və cənab Prezident İlham Əliyevin tapşırığı ilə ilin əvvəlindən ardıcıl tədbirlər görülməyə başlanıldı. Bu tədbirlər sistemli və planlaşdırılmış şəkildə həyata keçirilir. Məhz bu görülən işlər, tədbirlər çərçivəsində müasir tələblərə cavab verən yeni tibb müəssisələrinin açılışını Prezident İlham Əliyev şəxsən özü etdi. Ötən ay ayrı-ayrı 3 şəhərdə istifadəyə verilmiş üç yeni xəstəxana koronavirus xəstələrinin ixtiyarına verildi. Prezident də son çıxışlarının birində bildirdi ki, bunlar hələ son deyil, qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Yəni bəzi dövlətlər tərəddüd etdiyi, gözləmə mövqeyində dayanıb xaricdən kömək umduğu halda, Azərbaycan Prezidenti vətəndaşların təhlükəsizliyi üçün bütün lazimi tədbirləri həyata keçirdi və keçirməyə davam edir”.
Murad Salmanov deyir ki, bütün bu operativ tədbirlərə, vaxtında verilmiş izolyasiya qərarlarına görə də, ölkəmizdə epidemiya digər dövlətlərdəki kimi kütləvi hal almayıb: “Lakin bu vəziyyəti qorumaq üçün biz vətəndaşlar da dövlətimiz ilə həmrəylik nümayiş etdirməli, ən yüksək səviyyədə verilən qərar, tapşırıq və tövsiyələrə əməl etməliyik. Hazırda dövlətimiz epidemiyadan az itki ilə çıxmaq üçün hər şeyi edir. Dünyada sanki “maska müharibəsi” getdiyi bir zamanda ölkəmizdə yeni tibbi maska və gigiyenik məhsullar istehsal olunan müəssisənin açılışı oldu. Bu da ölkə rəhbərinin belə bir ağır dönəmdə bütün səhiyyə və iqtisadi məsələlərə nə qədər həssas yanaşmasının bariz nümunəsi idi. Bu epidemiya nəinki insan itkisinə‚ ölkələrin iqtisadiyyatına da böyük zərbə vurur. Cənab Prezident bu məsələyə də duyarlı yanaşdı, ölkə iqtisadiyyatının tənəzzülə uğramasının qarşısını almaq və aztəminatlı ailələrə yardım etmək məqsədi ilə dövlət büdcəsindən vəsait də ayırdı, aidiyyəti qurumlara xüsusi tapşırıqlar verdi. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətini sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayrılması buna bariz nümunədir. Lakin epidemiyanın nə zaman bitəcəyi bəlli deyil və bunun üçün hər bir vətədaş dövlətin yanında olub səbr göstərməli, müvəqqəti çətinliklərə sinə gərərək tövsiyələrə uyğun davranmalıdır. Verilən hər bir qərarın bizim təhlükəsizliyimizə, milli maraqlarımıza xidmət etdiyini unutmamalıyıq. Bir daha qeyd edirəm ki, hazırda dövlət vətəndaşlarını qorumaq üçün hər şey edir və bu da təqdir olunmalıdır. Xaricdə yaşayan vətəndaşlarımızın da unudulmaması alqışlanmalıdır! On beş mindən artıq Azərbaycan vətəndaşının müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilməsi vətəndaşlara verilən dəyərin ən gözəl nümunələrindən biri idi. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirildilər. Onların təhlükəsiz şəkildə ölkəmizə gəlməsi üçün hər şey edildi və bu vətəndaşlarımızın ölkəmizdə də xüsusi qayğı altında izolyasiya edilərək müvəqqəti karantinə alınmaları bir çox ölkələrə gözəl nümunədir. Qısası, bu gün həyata keçirilən operativ və müdrik qərarlara əsaslanan işlər sayəsində Azərbaycanda bir çox aparıcı dünya ölkələri ilə müqayisədə ağır fəsadlar yaşanmır. Bu səbəbdən hər kəs dövlətinin, öz rəhbərinin bu müdrik davranışlarını qiymətləndirməli, öz əməli ilə həmrəylik nümayş etdirməlidir. Əgər biz verilən qərarlara əməl etsək və izolyasiya olunaraq özümüzü və yaxınlarımızı qorusaq tez bir zamanda bu bəladan xilas ola bilərik”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info