“Şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması hesabına iqtisadi-maliyyə vəziyyət sabit saxlanacaq”
Tarix: 15.04.2020 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Ruslan Atakişiyev: “Ölkənin mövcud iqtisadi imkanlarından istifadə edərək, ikinci, üçüncü dərəcəli layihələrin qənaət olunması yolu ilə ölkəyə lazım olan maliyyə axınını daxili vəsaitlər hesabına təmin etməyə çalışır ki, bu da beynəlxalq maliyyə təşkilatlarından yardıma ehtiyacın olmamasına gətirib çıxarır”

Cari ilin birinci rübündə də sosial-iqtisadi sahədə bir sıra tədbirlər həyata keçirilib və uğurlu nəticələr əldə edilib. Prezident İlham Əliyevin sədrliyi ilə keçən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə ölkə başçısı 2020-ci ilin uğurla başladığını bildirdi: "İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var".
Mütəxəssislərimiz də cari ilin birini rübünün yekunlarını mübət qiymətləndirirlər. İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bu barədə fikirlərini "Palitra"yla bölüşdü:

- Siz bir iqtisadçı kimi cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarını necə qiymətləndirirsiniz?

-Ümumiyyətlə, 2018 -2019-cu ildə başlamış islahatların təsirindən asılı olaraq 2020-ci ilin birinci rübündə iqtisadi inkişaf tempi saxlanıldı. Lakin cari ilin mart ayından başlayaraq koronovirus pandemiyası iə bağlı izolyasiya tədbirləri artdıqca və qarantin rejimi sərtləşdikcə bu iqtisadiyyata öz təsdirini göstərməyə başladı. Xüsusilə də ilk növbədə ictimai iaşə, turizm, xidmət sektoruna, sənayenin bir sıra sahələrinə, o cümlədən nəqliyyat sektoruna mənfi təsir göstərmişdi. Təbii ki, bunların qarşısının alınması üçün pandemiya dövründə dövlət tərəfindən çevik tədbirlər planı hazırlandı. Bunlar bir neçə sahəni əhatə edir. Bunlardan birincisi sosialyönümlü tədbirlər, əhalinin həssas qruplarının dəstəklənməsi, digər istiqamət isə kiçik və orta sahibkarlığın, pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərində çalışan insanların, muzdlu işçilərin qorunması, o cümlədən də həmin sahibkarlıq subyektlərinə dəstək verilməsi, digər məsələ isə iqtisadiyyata maliyyə axınlarını gücləndirməklə asan əldə olunan kredit şərtlərindən müxtəlif tədbirlərin keçirilməsi nəzərə alınmışdı. Ümumiyyətlə, ölkədə iqtisadiyyatın daha da şəffaflaşdırılması ilə bağlı, burada əmlaka və kapitala amnistiyanın həyata keçirilməsi məsələsi, vergi güzəştləri, o cümlədən də gələcəkdə ölkə üçün strateji olan istiqamətlərin dəstəklənməsi məqsədilə həmin dövlət investisiya proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması hesabına iqtisadi-maliyyə vəziyyət sabit saxlanacaq.

- Dünya ölkələrində olduğu kimi ölkəmizdə də pandemiya iqtisadiyyata müəyyən təsirlər göstərdi. Bu istiqamətdə həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz?

-Həmin kompleks tədbirləri bu şəkildə qiymətləndirək ki, koronovirus epidemiyasının dünya ölkələrində yayıldığı bir dövrdə biz inkişaf etmiş ABŞ, qərbi Avropa və digər ölkələrdə işsizlik səviyyəsinin artmaqda olduğunu görürük. O cümlədən, müəssisələr müflis olub bağlanmaqdadır. Eyni zamanda dünya ölkələrinin 150-yə yaxını artıq BVF-na yardım almaq üçün müraciət edib. Əslində Azərbaycan hökuməti belə halların baş verməməsi üçün ilk növbədə sosial yönümlü tədbirlər həyata keçirərək, muzdla işləyən əhalinin maaşının bir hissəsinin verilməsi, işsiz qalanların isə məşğulluq vasitəsi ilə vəsait verməklə işsizlik səviyyəsini minimum səviyyədə qoruyub saxlamağa çalışır. Digər bir məsələ isə ölkənin mövcud iqtisadi imkanlarından istifadə edərək, ikinci, üçüncü dərəcəli layihələrin qənaət olunması yolu ilə ölkəyə lazım olan maliyyə axınını daxili vəsaitlər hesabına təmin etməyə çalışır ki, bu da beynəlxalq maliyyə təşkilatlarından yardıma ehtiyacın olmamasına gətirib çıxarır. Bununla yanaşı, bazar iqtisadiyyatının dayanıqlı olması üçün həm tələbin, həm də təklifin dəstəklənməsi işləri gedir. Tələb dedikdə, əhalinin alıcılıq qabiliyyətini saxlamağa çalışır, təklifə gəldikdə isə istehsalçıların izolyasiya şəraitində maksimum dərəcədə fəaliyyətinin saxlanması üçün onlara müəyyən maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılmasına çalışır.

- Ölkə başçısı bildirib ki, 2020-ci il islahatlar ili olacaq. Qarşıdakı dövr ərzində ölkənin iqtisadi inkişaf tempi ilə bağlı proqnozlarınızı bilmək istərdik...

-Ümumiyyətlə, çağırışlardan biri də odur ki, 2020-ci il pandemiyadan sonrakı dövr Azərbaycanda dərin islahatlar dövrü keçiriləcək. Hesab edirəm ki, bu islahatların əsas hissəsi şəffaflaşdırma, korrupsiyanın aradan qaldırılması məsələsidir. Yəni əmlakın və kapitalın amnistiyanın verilməsi, bu da kölgə iqtisadiyyatında mövcud olan sahibkarlıq subyektlərinin ağarması imkanlarını artırır. O cümlədən, dövlət idarəçiliyi sistemində maliyyə idarəçiliyini daha da sərtləşdirərək dövlət büdcəsinin vəsaitinin şişirdilməsi və həmin vəsaitlərin xərclənməsi zamanı müxtəlif yayındırma, istifadə hallarının qarşısının alınması üçün şəffaf mexanizm qurulması istiqamətində iş gedir və bu kimi hallara yol verənlərin isə qəti şəkildə cəzalandırılması nəzərdə tutulur.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Rusiya ilə Azərbaycan arasında qarşılıqlı siyasi anlaşma güclənir
28.05.2020
“Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar“
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
3 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
4 Qasımbəy yeməyi -VIDEO
5 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info