“Beynəlxalq birliyin yekdil mövqeyi Azərbaycanın siyasi-diplomatik-hərbi üstünlüyünü daha da gücləndirmiş oldu”
Tarix: 16.04.2020 | Saat: 12:49:00 | E-mail | Çapa göndər



“Ermənistan rəhbəri sadalanan reallıqlar fonunda dərindən düşünməli, sələflərini işğalçılıq siyasətini və onun nəticələrini təftiş etməli, praqmatik addımlar atmalıdır. Bu addımların ilki isə işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş torpaqlarından çıxarılması ilə başlanmalıdır”


Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatı BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Bu barədə APA-ya İcmadan məlumat verilib. Qeyd edək ki, Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov AZƏRTAC-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans vasitəsilə keçirdiyi müşavirədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra vacib məsələlərə də toxundu. Söhbət, ilk növbədə, işğalçı Ermənistanın qondarma rejimdə keçirdiyi qeyri-qanuni “prezident” və “parlament” “seçkilərindən” gedir. Bu “seçkilərin” nəticələri Ermənistanın növbəti təxribatı və avantürasının fiaskosu kimi qiymətləndirilə bilər. Deputatın sözlərinə görə, “qondarma seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkidən” sonra bütün aparıcı beynəlxalq təşkilatlar açıq-aydın şəkildə bu seçkiləri tanımadıqlarını bəyan etdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası öz mövqeyini bildirdi. Avropa İttifaqı və hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də məsələyə münasibət bildirdi. Dünyanın nüfuzlu təşkilatları NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası və digərləri xunta rejiminin qondarma “seçkilərini” tanımadıqlarını bəyan etdilər. Dünyanın heç bir dövlətinin və beynəlxalq təşkilatının, eləcə də qonşu ölkələrin qondarma “Dağlıq Qarabağ respublikasında” keçirilən qondarma “seçkiləri” tanımaması bir həqiqəti növbəti dəfə təsdiqləmiş oldu. Bu həqiqət də odur ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, əbədi və tarixi torpağıdır. “Bu həqiqətin əldə edilməsi digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevin dünya dövlətləri və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əsasda qurduğu düşünülmüş, ardıcıl, sistemli, müstəqil və milli maraqlara söykənən siyasətinin nəticəsidir. Bu uğur üçün əsaslı baza Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyana tutarlı cavabı, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı ilə qoyulub. Dövlətimizin başçısı işğalçı ölkənin rəhbərini təkzibedilməz faktlar və arqumentlərlə “siyasi nokaut” vəziyyətinə saldı və onun idarə etdiyi ölkənin faşizmi təbliğ və təşfiq etməkdə ifşa etdi. Azərbaycan Prezidenti təcavüzkar Ermənistana və onun rəhbərinə ən sarsıdıcı zərbəni Münxen Təhlükəsizlik Konfransında endirdi. Konfrans çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə panel müzakirələrdə Ermənistanın rəhbərinə həm tarix, həm də hüquq dərsi keçən Azərbaycan Prezidenti onun “mikroinqilablar” nəzəriyyəsini öz tutarlı faktları və arqumentləri ilə darmadağın etdi. Prezident Dağlıq Qarabağın əzəli və qədim Azərbaycan torpağı olduğunu əsaslı faktlarla ortaya qoydu”, – deyə siyasi elmlər doktoru diqqətə çatdırıb. Professor vurğulayıb ki, bununla işğalçı Ermənistanın qondarma rejimdə keçirdiyi qondarma “seçkilərin” nəticələrini tanımamaqla bağlı beynəlxalq birliyin nümayiş etdirdiyi yekdil mövqe Azərbaycanın münaqişənin həlli ilə bağlı həm siyasi, həm diplomatik, həm də hərbi üstünlüyünü daha da gücləndirmiş oldu. Bu mövqenin qarşılığında yeganə beynəlxalq təşkilat olaraq AŞPA-nın seyrçi mövqe seçməsi, müəmmalı susqunluq nümayiş etdirməsi, Azərbaycanla bağlı məruzəçi təyin etdiyi şəxslərin “ağzına su alıb dayanması” təsadüf sayıla bilməz. Bu, Prezident İlham Əliyevin təbirincə desək, “orada cəmləşən anti-Azərbaycan qüvvələrin, ermənipərəst qüvvələrin Azərbaycana düşmən gözü ilə baxması” ilə bağlıdır. Bütün bunlar, heç şübhəsiz, virtual dünyanın deyil, ikili standartları beynəlxalq ictimai fikrə “obyektiv standartlar” kimi sırındığı real dünyanın gerçəklikləridir. “Azərbaycan dövləti və onun rəhbəri bu həqiqətdən çıxış edərək, ordumuzun daha da gücləndirilməsi siyasətinə sadiqdir və bu xətt davamlı olaraq inkişaf etdirilir. Ermənistan rəhbəri sadalanan reallıqlar fonunda dərindən düşünməli, sələflərini işğalçılıq siyasətini və onun nəticələrini təftiş etməli, praqmatik addımlar atmalıdır. Bu addımların ilki isə işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş torpaqlarından çıxarılması ilə başlanmalıdır. Bu, Ermənistanın nicat yoludur. Əks təqdirdə Ermənistanın bu mübarizədə məğlub olacağı qaçılmazdır, - deyə Elman Nəsirov fikrini yekunlaşdırıb.

Rob Sobhani: “Koronavirus böhranı fonunda işğal olunmuş Dağlıq Qarabağda qondarma "seçkilər"in keçirilməsi qəribə və uğursuz addımdır”

“Trend”ə danışan amerikalı ekspert Rob Sobhani isə deyib ki, dünyada müşahidə olunan koronavirus böhranı fonunda işğal olunmuş Dağlıq Qarabağda qondarma "seçkilər"in keçirilməsi qəribə və uğursuz addımdır. O bildirib ki, bu, heç bir şəkildə sülhə nail olmağa xidmət etmir və hətta sülh prosesinə ziyan vura bilər: "Münaqişələrin həllinə görə məsuliyyət daşıyan beynəlxalq ictimaiyyət qondarma "seçkilər"in keçirilməsindən məmnun olmayacaq, çünki onlar əməkdaşlıq və sülhə xidmət etmək niyyətindədir". R.Sobhani qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu şəraitdə münaqişənin nizamlanması üzrə səyləri bərpa edə bilər: "Faktiki olaraq, dünyada pandemiya ilə bağlı yaranan vəziyyət göstərir ki, dünya liderləri Ermənistan və Azərbaycan arasındakı münaqişə kimi problemlərin həlli üçün əməkdaşlıq etməlidir".

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info