Şəkərli diabet xəstələrinin koronavirusdan qorunma qaydaları
Tarix: 20.04.2020 | Saat: 12:28:00 | E-mail | Çapa göndər


Mərkəzi Gömrük Hospitalının endokrinoloqu şəkərli diabet xəstələrinin koronavirusdan qorunması qaydalarını açıqlayıb.
Şəkərli diabet xəstələri koronavirus COVİD-19 infeksiyasından özlərini daha ciddi qorumalıdırlar. Çünki, şəkərli diabet xəstələrində bu xəstəlik ağır keçir və bu insanlar ciddi fəsadlarla üzləşə bilərlər. Ümumiyyətlə, şəkərli diabet xəstəliyi olan insanlar qanda şəkəri tez-tez ölçməli və nəzarətdə saxlamalıdırlar. Qanda şəkər normadan yuxarı olarsa diabetlə əlaqəli bir sıra fəsadlar yaranır.
Bu fəsadlar zamanı orqanizmin infeksiyaya qarşı mübarizə qabiliyyəti pozulur. Şəkərli diabet tip 2 xəstəliyi olan yaşlı insanlar bu vurusdan daha ciddi qorunmalı və aşağıda qeyd olunan qaydalara ciddi riayət etməlidirlər.
1. Qanda şəkərin səviyyəsini normada saxlamaq lazımdır. Bunun üçün gündə bir neçə dəfə qanda şəkəri ölçmək lazımdır;
2. Gün ərzində 1.5- 2 lt maye qəbul edilməlidir;
3. Hərəkət çox önəmlidir.Gün ərzində evdə 5000 addım atmaq lazımdır;
4. Həkim məsləhəti olmadan heç bir dərman içmək olmaz;
5. Qanda şəkər yüksələrsə həkimlə əlaqə saxlamaq və lazım olarsa dərmanların dozasında dəyişiklik edilməlidir;
Evdə qalarkən fiziki aktivlik bir qədır azalır. Ona görə bu cür xəstələr rasional qidalanma ilə sağlamlıqlarına daha ciddi nəzarət etməlidilər.Sağlam qidalanma şəkərli diabet müalicəsinin vacib bir hissəsidir. Buna görə diabetli insanlar üçün qanda stabil şəkər səviyyəsini qorumaq və immunitet sistemini gücləndirmək üçün pəhrizə riayət etmək çox vacibdir. Aşağıda qeyd edilmiş qaydalara riayət etmək məsləhət edilir:
a. Aşağı qlisemik indeksli qidalar üstünlük vermək: (bunlara tərəvəz, kəpəkli buğda çörəyi, yağsız qatıq, yağsız süd və s. daxildir).
b. Qızardılmış qidaları rasionda azaltmaq lazımdır.
c. Şəkər, karbohidratlar və yağlarla yüksək olan qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır.
- Zülallarla zəngin olan qidalara üstünlük vermək lazımdır.(balıq, ət, yumurta, süd, lobya və s.).
- Rasiona yaşıl yarpaqlı tərəvəzlər daxil etmək lazımdır.
Şəkərli diabet xəstəsənin evdə ayrıca otaqda qalmasını və ona ailənin bir üzvünün qulluq etməsini təşkil edilməsi tövsiyə olunur. Əsas qaydalardan biri də panikadan qaçmaqdır. Belə ki, stres orqanizmdə hiperqlikemik vəziyyət yaradır, bu da immunitetin aşağı düşməsinə səbəb olan amillərdən biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info