Lənkəransayağı suşi: milli koloritli yapon yeməyi – VİDEO
Tarix: 20.04.2020 | Saat: 20:45:00 | E-mail | Çapa göndər






Son zamanlar Yaponiya mətbəxinin incisi olan suşi və rollar bir çox azərbaycanlının sevimlisinə çevrilib. Bundan əlavə, Lənkəranda hətta milli koloritli suşi hazırlamağa başlayıblar belə. Daha ətraflı videomuzda izləyin.

Bakıda suşi-bar tapmaq olduqca asandır, onlar paytaxtda getdikcə populyarlaşır. Rayonlarda isə vəziyyət bir qədər fərqlidir. Amma sən demə, Lənkəranda da yapon mətbəxini sevənlər az deyilmiş.
Lənkəranda yerləşən Xəzər Palace mehmanxanasının baş aşpazı Nüsrət Səlimov öz mətbəxində təcrübə aparıb və ənənəvi yapon suşi və rollarını lənkəransayağı hazırlamağa qərar verib.
Onun sözlərinə görə, ilk öncə o iştirak etdiyi festival üçün maraqlı yeni resept hazırlamağa qərar verib və içi ləvəngi ilə doldurulmuş suşi ideyasını fikirləşib. Daha sonra isə o, düyünün digər milli yeməklərlə sintezini etmək qərarına gəlib. Bu roll və suşilərin ən əsas tərkib hissəsi isə Xəzər dənizindən tutulan təzə və duza qoyulmuş kütüm, xəşəm, nərə və qızılbalıqlarıdır.

Hal-hazırda baş aşpaz altı növ azərbaycan yeməyindən suşi və roll üçün içlik hazırlayır. Bunlara hisə verilmiş kütüm balığı ilə lərgə plov, turşu kababla şüyüdlü düyü, çölmə kababı ilə plov, qızılbalıqdan hazırlanan balıq sırdağı ilə plov və badımcan turşusu və hisə verilmiş nərə balığı ilə balqabaqlı plov aiddir.
Vassabi əvəzinə isə aşpaz bu rolların yanına şəkər tozu, giləmərzə otu və sirkə qatılmış alça turşusu və zoğal surşusundan hazırlanan souslar təklif edir.
Nüsrət Səlimov eksperimentlərini bununla bitirmək fikrində deyil və Azərbaycan-yapon mətbəxlərinin sintezini daha da təkmilləşdirməyə səy göstərəcək.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Badımcan sırdağı - VİDEO
26.05.2020
Qasımbəy yeməyi -VIDEO
20.05.2020
Qiyməli pendirli yemək resepti -VİDEO
15.05.2020
Qabırğa dolması
11.05.2020
Sarayın ləzzətləri: Yumurtalı çiy küftə

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info