Sergey Lavrov: “Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqlənib”
Tarix: 21.04.2020 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların indiki formatı faydalıdır”

“Bu sənədlər nizamlamanı mərhələli yanaşma əsasında davam etdirməyi və ilk növbədə daha aktual problemləri, Dağlıq Qarabağ ətrafında bir sıra rayonların azad olunmasını, nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılmasını nəzərdə tutur. Mən əminəm ki, bu sənədlərin imzalanması barədə qərar qəbul edilsə, bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırıb danışıqlara keçməyi tələb edən qətnamələrin icrasında vacib addım olacaq. Danışıqlar başlayıb, indi isə razılaşmaq lazımdır. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq məhz buna çalışırıq”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların indiki formatı yaxşı və faydalıdır”. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov brifinq zamanı Trend BİA-nın baş direktor müavini Gülnarə Məmmədzadənin sualına cavab verərkən deyib. Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qətnamələri məlum sənədlərdir: “Bu sənədlər hərbi əməliyyatların qızğın vaxtında qəbul edilib və ilk növbədə əməliyyatların dayandırılmasını və danışıqlara keçidi nəzərdə tuturdu. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqlənib. Onlarda həmçinin müharibəni dayandırmaq və danışıqlara keçmək tələbi də yer alırdı. Həmin dövrdən danışıqlara keçilib. 2001-ci il razılaşmaları olub, digər formatlarda növbəti razılaşmalar olub. İndi artıq danışıqlar formatı qəbul olunub: Bakı, Yerevan, üç həmsədr qismində Minsk qrupu və ATƏT-in hazırkı sədrinin nümayəndəsi. Format faydalıdır və yaxşıdır. BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırıb danışıqlara keçmək tələbi məhz bu formatda əks olunub”. S.Lavrov əlavə edib ki, Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, Kazan sənədi və ötən il aprel ayında Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin həmsədrlərin iştirakı ilə müzakirə etdiyi layihələr mövcuddur və onlar hazırda fəal müzakirə olunur: “Bu sənədlər nizamlamanı mərhələli yanaşma əsasında davam etdirməyi və ilk növbədə daha aktual problemləri, Dağlıq Qarabağ ətrafında bir sıra rayonların azad olunmasını, nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılmasını nəzərdə tutur. Mən əminəm ki, bu sənədlərin imzalanması barədə qərar qəbul edilsə, bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırıb danışıqlara keçməyi tələb edən qətnamələrin icrasında vacib addım olacaq. Danışıqlar başlayıb, indi isə razılaşmaq lazımdır. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq məhz buna çalışırıq”.

İsrailli ekspert: “İşğal edilmiş Dağlıq Qarabağda qeyri-qanuni seçkilər beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir”

“Bu gün, bütün dünya ictimaiyyəti planeti bürümüş dəhşətli koronavirus pandemiyasına qarşı fəal mübarizə apardığı bir vaxtda 2020-ci il martın 31-də Ermənistan Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olan Dağlıq Qarabağdakı separatist, oyuncaq rejimdən istifadə edərək işğal olunmuş ərazidə qeyri-qanuni və qeyri-legitim, qondarma “parlament və prezident seçkiləri” keçirib”. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu sözləri AZƏRTAC-a müsahibəsində deyib. İsrailli ekspertin fikrincə, hamıya tamamilə aydındır ki, bu qondarma seçkilər beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir və belə “seçkilər”in nəticələrinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Arye Qut vurğulayır: “Ermənistan Xarici İşlər Nazirliyinin bu məsələyə dair bəyanatı ilə tanış olan hər kəs çox yaxşı anlayır ki, Paşinyan rejimi ermənilərə xas olan xəyallar dünyasında yaşamağa davam edir. Heç bir beynəlxalq struktur, özünə hörmət edən heç bir dövlət Ermənistan silahlı qüvvələri tərəfindən 28 ildən çox bundan əvvəl işğal edilmiş Dağlıq Qarabağda keçirilmiş qeyri-qanuni və qeyri-legitim, qondarma “parlament və prezident seçkiləri”ni tanımayıb və tanımır. Özünü “demokrat” kimi qələmə verən Paşinyan bu “obraz”dan Qərbə təzyiq üçün istifadə etmək ümidindədir. Belə cəfəng xəyallar, həmçinin müharibənın Azərbaycan üçün ədalətə nail olmağın yeganə üsulu olması faktı baş nazir Paşinyanın qeyri-peşəkarlığını, onda strateji təfəkkürdən əsər-əlamət olmamasını və böyük siyasət üçün tamamilə yararsız olduğunu göstərir”. İsrailli ekspertin sözlərinə görə, rəsmi Bakı bunu dəfələrlə bildirib və Ermənistana xəbərdarlıq edib ki, o heç vaxt mövcud status-kvo ilə razılaşmayacaq. İsrailli analitik vurğulayır: “Ermənistanın hərbi və siyasi rəhbərliyinin, həmçinin Dağlıq Qarabağdakı oyuncaq, separatist rejimin nümayəndələrinin gülünc bəyanatları və qondarma seçki şousu göstərir ki, onlar ciddi narahatlıq, qorxu, isterika və təlaş içindədirlər. Azərbaycan ordusu isə cəbhə xəttində hadisələrin istənilən ssenari üzrə inkişafına hazırdır. 2016-cı ilin aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyin təmin olunması üçün Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə sarsıdıcı hərbi zərbələr endirməsini hələ heç kəs unutmayıb”. Avropa İttifaqının aydın və dəqiq mövqeyinidə vurğulamaq lazımdır. Bu qurum martın 31-də Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş “prezident və parlament seçkiləri”ni qanunsuz hesab edir. Avropa xarici əlaqələr xidmətinin martın 31-də Brüsseldə elan edilmiş bəyanatında deyilir: “2020-ci il martın 31-də Dağlıq Qarabağda keçirilmiş “prezident və parlament seçkiləri” ilə əlaqədar, Avropa İttifaqı yenidən bildirir ki, o, “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır”. Sənəddə vurğulanır ki, bu hadisə “Dağlıq Qarabağın gələcək statusunun təyininə və ya davam edən danışıqlar prosesinin nəticəsinə təsir göstərə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun fəaliyyətini, o cümlədən, onun həmsədrlərinin yaranmış status-kvonun çərçivəsindən kənara çıxan tərəqqi əldə edilməsinə, hərtərəfli və davamlı sülhə nail olmaq üçün danışıqlara yönəlmiş səylərini qətiyyətlə dəstəklədiyini xatırladır. Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut sonda Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanacağına ümid etdiyini bildirərək deyib: “Həm İsrailin Baş Naziri səviyyəsində, həm də İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri səviyyəsində dəfələrlə bildirilib ki, İsrail Dövləti Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, mən də bu mövqeyin tərəfdarıyam. İsrail Dövləti bu gün də Azərbaycanın və Azərbaycan xalqının yanındadır”.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info