“Azərbaycan pandemiyadan ən az itkilərlə çıxan olkə olacaq”
Tarix: 24.04.2020 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Türkiyənin Egey Universitetinin professoru Aydın İbrahimov koronavirusla mübarizədə mediyanın da rolunu dəyərləndirdi

Butün dünya, eləcə də ölkəmiz insanların sağlamlığını təhdid altına alan yeni qlobal pandemiya– koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparmaqdadır. İnfeksiyanın yayılmasının qarşısının alınması ucün vətəndaşların təhlükəsizliyini təmin edən hökumət məqsədyönlü, təxirəsalınmaz tədbirlər görməkdədir. Təlimatlara əməl etmək, həyata keçirilən tədbirlərə dəstək olmaq, sərhəd tanımayan COVID-19 infeksiyasına qarşı birgə mübarizə aparmaq bir nömrəli vəzifə olduğu günlərdə medianın üzərinə də mühüm vəzifələr düşür. Bu barədə müsahibə verən Türkiyənin Egey Universitetinin professoru Aydın İbrahimov bildirdi:

– Baş verənlər bütün dünyadan təsirsiz ötüşməyib. Koronavirus bütün dünya üçün böyük bəladır və bəşəriyyət üçün qlobal problemler yaratmışdır. Cəmiyyətdə cox müxtəlif mülahizələrlə rastlaşmaqdayıq, az qala bu virusu nizamı pozulmuş dünyanı böyük fəlakətlərdən xilas edən amil kimi təqdim edənlər də var. Bu barədə polemika yürütmək fikirindən uzaq olduğum qədər də, hər kəsin fikir və ehtimallarına hörmətlə yanaşır, eyni zamanda, qabağlayıcı tədbirlərin görülməsini, bu sahədə uğurlu siyasətin aparılmasının tərəfdarıyam. Dünya səhiyyəsinin çabalarına baxmayaraq, virusla mübarizədə insanların qoyulmuş qayda-qanunlara, karantin rejiminə əməl etməsi bir nömrəli fakt kimi qalmaqdadır.
Amma yaddan çıxarmamalıyıq ki, bu gün baş verən dəyişikliklərdən ən önəmlisi insanların psixoloji durumunda qoyduğu izlərdir. Qorxu və vahimənin, təşviş və ümidsizliyin yarada biləcəyi amillər adamların durumunda mühüm rol oynayır, hətta həkimlərin qeyd etdiyi kimi, insanların bilavasitə immun durumuna təsir edir. Ona görə də düşünürəm ki, sabaha ümidli münasibət, çətinliklərin keçici olacağına inam insanlar üçün cox vacibdir.
Bu barədə Egey Universitetinin professoru, genetka üzrə tədqiqatları ilə bütün dünyada özünü təsdiq etmiş soydaşımız Afiq Bərdəlinin həm bir həkim kimi, həm də vəziyyəti raeal dəyərləndirən elm adamı kimi söylədiklərinin xüsüsi önəmi var. Professor Bərdəliyə görə indiki zamanda insanların psixoloji durumunu qorumaq günümüzün ən vacib məsələsidir. Bu, mənim Afiq müəllimlə olan söhbətlərimin nəticəsi və şəxsi qənaətim olsa da, cəmiyyət üçün də gərəkli və vacibdir. Ona görə də hesab edirəm ki, bu sahədə televiziyanın, medianın üzərinə çox böyük vəzifələr düşür.

Sizcə, bu vəzifələr nədən ibarətdir?

–İnformasiyanın tarixən nələrə qadir olduğunu hər birimiz yaxşı bilirik. Belə olan halda hadisələrin gedişini evlərdən izləyən insanlara hansı informasiyaların ötürülməsi vacib və düşündürücüdür! Məlumatların yalnız koronovirus fonunda təqdim edilib- edilməməsi, başqa hansı məlumatların daha əhatəli verilməsinə ehtiyac oldugunu gündəmə gətirmək, daha cox da saf-çürük etmək və ortaya çıxan çoxsaylı sualların cavabı axtarılmalıdır. Əslində, bu, dünyanı düşündürən vacib məsələlərdəndir. Uzun illərdir yaşadığım Türkiyədə də bu məsələ geniş polemika yaratdı. Türkiyədə bu məsələ ilə bağlı dərc edilən materiallar sırasında Egey Üniversiteti jurnalistika fakultəsinin prefossoru Gülgün Ərdoğan Tosunun məqaləsi xüsusi maraq dogurdu. Gülgün xanım pandemiya dövründə baş verənlərin mediyaya da ciddi təsir göstərdiyini təsdiqləyir və qənaətini belə əsaslandırır ki, informasiya axınının artan sürətinə uyğun olaraq, məlumatlar sırasında qeyri- səhih və sensasiyalı xəbərlərin sürətlə artdığı dövrdə media önəmli və uğurlu imtahan verdi.
Həqiqət budur ki, pandemiya dövründə sosial şəbəkələrdə nə qədər gərəksiz, amma insanların psixoloji dürumuna təsir edən informasiyaların yayılmasına hər birimiz şahidik, həm də bu bütün dünyada belədir. Yayılan əsassız şayiələrin yaratdığı vahimə və qorxu insanlarda ümidsizlik yaratmaqla, uzun illər yaddaşlardan silinmir. Bəzən mətbuat da bu yöndə fəaliyyti ilə hadisələri qabaqlaya bilmir. Hətta bir sıra televiziya kanallarında koronavirusdan söhbət açan aparıcının həyəcanı, təşviş yaradan xəbərləri insanları vahimə ilə baş-başa qoyur, onların dincliyini pozmuş olur.
Yaşadığım Türkiyə, eləcə də daim izlədiyim Azərbaycan televiziya kanallarında və mətbuatında da bunlarla rastlaşıram. Təəssüf hissi keçirirəm, ən azı, ona görə ki, hər kəs eyni informasiyanı bir cür qəbul edir və hamının tibbi bilikləri gözləndiyi qədər zəngin deyil. Məncə, bu gün məlum problemlə əlaqədar daha çox ekspertlərin münasibətinə önəm verilməlidir. Söz azadlığı anlamı bu məsələyə münasibətdə də hər kəsin fikrini söyləmək kimi başa düşülməməlidir. Yəni qeyri- peşəkarların təqdimatında səslənən fərziyələr və mülahizələr yer aldıqca, elmi faktların dəyərsizləşməsi ortaya çıxır, bu isə qorxuludur. Ona görə də problemin mahiyyətini bilən və düzgün şərhini verən elm adamlarının, ziyalıların mətbuatda və efirdə ara-sıra yox, mütəmadi görünməsi mütləqdir.
Digər tərəfdən, Azərbaycan mətbuatında bir bütünləşmə var, siyasi məqsədlər bu məsələdə predmet deyil. Türkiyədə isə hər kəs diqqətli olmağa cağırış edir, amma bəzən səhiyyə, virusa qarşı aparılan mübarizə siyasi müstəviyə daşınır. Amma hər iki ölkədə vətəndaşın dövlətə böyük inam və ümidi var. Müalicə işlərinə bütün sahələrdən həkimlər cəlb edilib. Onlar 12 saat işdə olur və 48 saat viruslu xəstələrdən uzaq qalır. Bəlkə də, daha çox itkilərlə üzləşən İtaliyanın səhvi bu oldu ki, daha çox iş saatı tətbiq edərək, tibb personalının sağlamlığını böyük risk altında qoydu. Bu onların virusla daha çox təmasda olmasına gətirdi və gündə 60 tibb işçisinin koronavirusdan dünyasını dəyişdiyi kimi hallar oldu. Türkiyənin təcrübəsi onu göstərir ki, planlı və növbəli şəkildə iş önəmlidir. Azərbaycana gəldikdə isə, demək olar ki, bu sahədə aparılan işlərin daha mütəşəkkil olması diqqətdən yayınmır, hökumətin, bilavasitə ölkə prezidentinin hadisələrə operativ və vaxtında müdaxiləsi uğurlu inkişafının təminatı oldu. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda gürülən qabaqlayıcı tədbirlərə verdiyi dəyər və ən önəmıisi də daha az itkilərin olması bunu təsdiqidir.

- Bu mübarizədə kimlərin fəaliyyətinə daha çox önəm verərdiniz?

-Məncə, hər kəsin bu məsələdə yeri və mövqeyi önəmlidir. Dövlət qurumlarının həyata keçirdiyi tədbirlər– karantin rejiminin tətbiqi, asayişin təmin olunması kimi bir sıra ümdə vəzifələrin yerinə yetirilməsi uğurlu addımlardır və insanların ruhi durumunun qorunması üçün vacibdir. Burda həkimlərin fədakar əməyi danılmaz oldugu qədər də müqəddəsdir. Hadisələrin ən vahiməli günlərində 80 milyonluq Türkiyə 3 gün hər axşam balkonlardan həkimləri salamladı. Azərbaycanda da həkim əməyinə və təşəbbüsünə dövlət səviyyəsində dəyərli qiymət verildi. Bu sırada polisin əvəzsiz xidmətlərinin də olduğu cəmiyyətin diqqətindən yayınmadı. Böyük Atatürkün müstəsna uzaqgörənliklə söylədiyi fikirlər həmişə olduğu kimi, indi də gündəmdə mühüm yer tutdu: hər kəsin vicdanı polis olmalıdir, vicdanı olmayanlarsa qarşısında polisi görəcək.
Qeyd etməyi vacib bilirəm ki, bu dövrdə jurnalistlərin də üzərinə mühüm vəzifələr düşdü: çağrışlarıyla insanları evdə qalmağa səsləyən mətbuat nümayəndələri həyatlarını bəlli risklərə qoyaraq iş başındadırlar. Evdə qalanların nikbin və ümidli məlumatlarla təminatının necə gərəkli və önəmli olduğunu nə söyləməyə, nə də əsaslandırmağa ehtiyac duymuram.

Bu söylədiklərinizin fonunda Azərbaycan necə görünür? Deyəcəkləriniz həm də kənardan bir baxış kimi dəyərli olardı...

– Əslində, söhbətimzin gedişində mən qismən də olsa bu barədə danışdım. Açıq demək lazımdır, bu məsələdə Azərbaycan müsbət mənada fərqləndi, hətta örnək ola biləcək bir mərtəbədə yer aldı. Həyata keçirilən düşünülmüş siyasət, görülən qabaqlayıcı tədbirlər nəticəsində digər məsələlərdə olduğu kimi, yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində də bütün addımlar düşünülmüş şəkildə atıldı və bu tendensiya bu gün də uğurla davam etdirilir. İnanıram ki, bunun bəhrəsi olaraq Azərbaycan pandemiyadan ən az itkilərlə çıxan olkə olacaq.
Söhbətimizin davamı olaraq bir vacib məqamı da deyim: virus söhbəti gündəmə gələndə, yadıma o dəqiqə işğal altında olan torpaqlarımız düşür. Azərbaycan pandemiyadan ən az itkilərlə çıxandan sonra, ölkəni daha ciddi bir vürusdan təmizlənmək lazım gələcək. Onda bütün Qarabağımızın—Şuşa və Xankəndimizin, Ağdam və Füzulimizin, Laçın və Kəlbəcərimizin, Qubadlı, Zəngilan və Cəbrayılımızın da üzü güləcək. Azərbaycan mətbuatının yayacağı bu şad xəbəri səbirsizliklə gözləyənlərsə milyonlarladır. İnanırıq ki, Azərbaycan xalqının və hakimiyyətinin bütün vüruslarla mübarizə taktikası uğurla davam edəcək.

Müsahibə üçün sağ olun.

Namiq QƏDİMOĞLU,
Əməkdar Jurnalist




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Rusiya ilə Azərbaycan arasında qarşılıqlı siyasi anlaşma güclənir
28.05.2020
“Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar“
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
3 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
4 Qasımbəy yeməyi -VIDEO
5 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info