“Azerp.az” portalı pandemiyanın fəsadlarına qarşı sahibkarlara dəstəkdir
Tarix: 27.04.2020 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, hər il aprelin 25-i Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Günü ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə təsis olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının meneceri Ayxan Qədəşov “Azerp.az” portalının sahibkarlar üçün yaratdığı imkanlara dair sualları cavablandırıb.

- Pandemiya dövründən əvvəl “ERP” sistemlərinin başlıca rolu nədən ibarət idi?

- Müasir dövrdə müəssisə və ya təşkilatların uğuru fiziki olaraq baş verən hadisələrin rəqəmlərlə ifadə olunma nisbəti ilə düz mütənasibdir. Bu səbəbdən də rəqəmsal həll yollarının əksəri buna istiqamətlənib. Elə bu məqsədlə geniş istifadə olunan “ERP” sistemlərinin köməyi ilə fiziki olaraq baş verən hadisələr “Big data”ya çevrilir. Bu isə, məlumatların daha çevik və dəqiq təhlil olunaraq gələcək inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsində mühüm rol oynayır. Müəssisələrin sadalanan imkanlardan istifadə etməsi üçün 2019-cu ilin dekabr ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Azerp.az” portalı istifadəyə verilib. Portal açıq kodlu “OpenERP” sistemi əsasında qurulub. İki milyondan çox istifadəçisi olan “OpenERP” sistemi 2000 artıq professional proqramçı tərəfindən xidmət olunur.

- Pandemiyanın fonunda yaranan böhranda “Azerp.az” portalı sahibkarlara hansı imkanlar təqdim edir?

- Hesab edirəm ki, “Azerp.az” portalı pandemiyanın fəsadlarına qarşı müəssisələrin immunostimulyatorlarından biridir. Hazırda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əksər müəssisə və təşkilatlar iş fəaliyyətini onlayn qaydada həyata keçirməyə məcburdur. Belə olduqda işçilər arasında məlumat mübadiləsi ləngiyir və nəticədə ümumi iş axının zəifləməsi prosesi başlayır. “Azerp.az” portalının imkanları sayəsində şöbələr və işçilər arasında məlumat mübadiləsinin təkminləşdirilməsi və daha operativ idarə olunması mümkündür. Hazırda portal müəssisə resurslarının planlaşdırılmasına dəstək verməklə aşağıdakı funksionallıqlara malikdir: mühasibat uçotu, HR menecmenti, istehsalın idarə edilməsi, multi kanal satışlar, satınalmalar, e-commerce, anbar idarəetmə, layihə idarəedilməsi, nəqliyyat parkının idarə edilməsi və CRM.

- “Azerp.az” portalından hansı sahədə fəaliyyət göstərən müəssisələr faydalana bilər?

- Pandemiya dövrünün başlaması ilə ilk olaraq “ERP” sistemlərinə informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər daha sürətlə inteqrasiya olundu. Növbəti mərhələdə istehsal, satış, inşaat və qida sənayesi sahələrində də geniş tətbiq olunmağa başlandı. Artıq dövlət qurumları və onların tərkibində fəaliyyət göstərən müəssisələr də “ERP” sistemlərindən istifadəyə istiqamətlənib. Pandemiya ilə yanaşı, buna həm də dövlət qurumlarının fəaliyyətini nəzarətdən xidmətə doğru dəyişməsi ilə əlaqələndirmək olar. Göründüyü kimi, hazırda “Azerp.az” portalının imkanlarından bütün sahələr üzrə fəaliyyət göstərən müəssisələr yararlana bilər.

- Pandemiyadan sonra “Azerp.az” portalına olan maraq necə dəyişəcək?

- Məlumdur ki, “ERP” sistemləri pandemiyadan əvvəl də geniş istifadə olunurdu. Mövcud məsafədən idarəetmə məcburiyyəti isə bu sistemlərin biznes sahələrinə daha sürətlə inteqrasiya olunması ilə nəticələndi. Düşünürəm ki, “ERP” sistemlərindən istifadəyə keçməklə postpandemiya dövrü üçün müəssisələr hiperimmunizasiya prosesinə start verdi. Belə ki, müasir rəqəmsal həll yolları pandemiya dövründə müəssisələrin məsafədən idarə olunması ilə yanaşı, iş fəaliyyətinin daha məhsuldar qurulmasına və məlumatların məxfiliyinin qorunmasına da istiqamətlənib.

- “Azerp.az” portalında daha çox hansı xidmətlərə maraq göstərilir?

- Hazırda portalda 50-dək müxtəlif sahələri əhatə edən modullar mövcuddur. Ən çox maraq göstərilən imkanlardan biri də “CRM” (müştəri əlaqələrinin idarə olunması) moduludur. “CRM” müəssisə və müştəri əlaqələrinin düzgün qurulması imkanını təqdim edir. Bu modulun köməyi ilə müəssisə və müştəri arasında baş verən əməliyyatların qeydləri aparılır. Bura tərəflər arasında aparılan telefon danışıqları, yazışmalar, icra olunan və gözləmədə olan sifarişlər, müqavilələr, qaimələr və sair bu kimi məlumatlar daxildir. Məlumatların vahid mərkəzdə toplanması həm də gələcəkdə həmin vəzifəyə yeni menecerin təyin olunması ilə əlaqələrin yenidən qurulması zəruriyyətini aradan qaldırır. Qeyd edim ki, “Azerp.az” portalı “CloudSaas” bulud texnologiyası ilə çalışır. İstifadəçi dünyanın istənilən nöqtəsindən yalnız “webbrowser”dən istifadə etməklə tələb olunan bütün məlumatları əldə edə və ya yenilərini daxil edə bilər.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Azərbaycan Prezidenti: Bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir
01.06.2020
“Gələcəyin sahibkarı” müsabiqəsinin qalibləri açıqlanıb
01.06.2020
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi “Kitab sovqatı” aksiyası keçirib
01.06.2020
Yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə 549 milyon dollar dəyərində ixrac həyata keçirilib
01.06.2020
KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info