Möhtərəm Prezidentimiz, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm
Tarix: 27.04.2020 | Saat: 13:54:00 | E-mail | Çapa göndər



Möhtərəm Prezidentimiz.
Pandemiya ilə mübarizədə Sizin rəhbərliyinizlə çox vacib qabaqlayıcı tədbirlər görüldü və görülməkdə davam edir. Biz hər zaman şahidi olmuşuq ki, çətin vəziyyətlərdə dövlət öz vətəndaşının yanındadır. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq.
Bundan əlavə, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkən sahibkarları unutmayaraq, dövlət onlara öz maliyyə dəstəyini göstərdi. Siz sahibkarlara çağırışlar etdiniz, dediniz ki, işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Həmin çağırışları oxuyanda bir daha əmin oldum ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır və hər birimiz üçün nə qədər narahatlıq keçirir. Əlbəttə, bu, sevginin, qayğının, mərhəmətin bariz nümunəsidir. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin, xalq-dövlət, dövlət-xalq birliyinin və həmrəyliyinin bariz nümunəsi məhz budur.
Qeyd etməliyəm ki, Azərbaycan dövləti təkcə çətin günlərdə deyil, bütün dövrlərdə öz siyasətini insan amili üzərində qurub. Hər şey xalq üçündür, hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür.
Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.
Hörmətlə,
Tağızadə Püstəxanım Məmmədağa qızı.
Bakı şəhəri, Nəsimi rayonu.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq
01.06.2020
Maska taxmayanlara agentlikdən “sürpriz“
01.06.2020
Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri
01.06.2020
Övladlarımızı ölkəmiz üçün əsl vətəndaş kimi yetişdirməliyik
01.06.2020
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info