Rusiya nəşri: Azərbaycan rəhbərliyi öz vətəndaşlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün vaxtında lazımlı tədbirlər görüb
Tarix: 27.04.2020 | Saat: 14:53:00 | E-mail | Çapa göndər


Rusiyanın “pravda.ru” internet-nəşrində Pyotr Deryabinin “COVID-19 xronikaları: Azərbaycan effektivlik və etimad nümunəsidir” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə müəllifinin sözlərinə görə, yeni tipli koronavirusun (COVİD-19) bütün dünya üçün təhdid olması şübhəsizdir və pandemiya zamanı hər dövlətin öz yanaşmaları və öz təsir metodları var, hakimiyyət öz vətəndaşlarına böhran şəraitində fəaliyyət qabiliyyətini və işləmək bacarığını göstərir. Onun effektivliyi və xalqın etimadı uğurlu gələcəyin ən mühüm təminatıdır.
Məqalədə deyilir: “Bu baxımdan, regionun aparıcı dövləti, güclü və sabit iqtisadiyyata malik olan qonşu Azərbaycanın nümunəsi maraqlıdır. Hələ koronavirusa pandemiyasına qədər Azərbaycanda qısa müddətdə həyat fəaliyyətinin bütün sahələrini əhatə edən geniş islahatlar həyata keçirilib. Kölgə iqtisadiyyatına qarşı mübarizə məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət orqanlarının fəaliyyətində şəffaflığı və informasiya texnologiyalarının tətbiqini təmin edən ciddi tədbirlər həyata keçirilib. Əhaliyə xidmətlər sahəsində mərkəzləşdirilmiş elektron-informasiya sistemi yaradılıb. Dövlət başçısının tapşırığına əsasən, həmin sistemin təkmilləşdirilməsi bu günə kimi davam edir. Bütün bu islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yönəlib”.
Qəzet vurğulayır ki, Azərbaycan dövləti pandemiyaya qarşı səmərəli mübarizə tədbirləri planını yalnız öz resursları hesabına həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyini təmin edir. Məqalədə deyilir: “Azərbaycan Prezidentinin tapşırığı ilə və bilavasitə onun nəzarəti altında həyata keçirilən, iqtisadiyyatın bütün həssas sektorlarına dövlət dəstəyi göstərilməsinə yönəldilmiş tədbirlərin geniş spektrini qeyd etmək lazımdır. O cümlədən, iş yerlərinin saxlanılması üzrə tədbirlər, koronavirus pandemiyasından zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi, sahibkarlara vergi güzəştləri, imtiyazlar və vergi tətilləri verilməsi yolu ilə onların vergi yükünün azaldılması, kreditvermənin stimullaşdırılması və ən vacibi — əhaliyə birbaşa sosial dəstək verilməsi bu qəbildəndir”.
Müəllif qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt kimya-sənaye parkında tibbi maskalar istehsal edən müəssisəsinin Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər. Respublikada yetərli miqdarda tibbi spirt, dezinfeksiya məhsulları və başqa qoruyucu vasitələr istehsal edilir. Beləliklə, pandemiya şəraitində bu məhsulların idxaldan asılılığı minimuma endirilib.
Müəllif yazır: “Ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın idarə etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə virusun müntəzəm diaqnostikası üçün respublikada müasir avadanlıqla və zəruri ləvazimatlarla təchiz edilmiş 18 müasir laboratoriya fəaliyyət göstərir. Xüsusi karantin rejimi dövründə görülən tədbirlər çərçivəsində həyata keçirilən və Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Biz birlikdə güclüyük” sosial aksiyası sayəsində aztəminatlı ailələrə 100 min dəstdən çox ərzaq payı verilib. Aksiyanın iştirakçılarının sayı hər gün artır, bu təşəbbüsə həm dövlət sektoru, həm də özəl şirkətlər qoşulur. Bütün bunlar Azərbaycanda qısa müddət ərzində həyata keçirilmiş tədbirlərin yalnız kiçik bir hissəsidir. Buna görə inamla demək olar ki, Azərbaycan öz lideri İlham Əliyevin başçılığı ilə koronavirusa qalib gəlir. Artıq bu gün ölkədə koronavirusa yoluxmaların sayı sağalmışların sayından azdır. Artıq elan edilib ki, mayın 4-dən etibarən ölkə mərhələlərlə xüsusi karantin rejimindən çıxacaq”.
Məqalədə vurğulanır ki, Azərbaycan rəhbərliyi öz vətəndaşlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün vaxtında lazımlı tədbirlər görüb. Bundan əlavə, həyata keçirilən bütün tədbirlərin strategiyası pandemiyanın nəticələrinin milli iqtisadiyyata neqativ təsirinin azaldılmasına yönəlib. Bu strategiyanın mqsədi pandemiyadan sonra iqtisadiyyatın inkişafına imkan yaratmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı da İlham Əliyevin uğurlu strategiyasını dəyərləndirib. Təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus respublikada pandemiyaya qarşı mübarizə üzrə görülmüş işləri yüksək qiymətləndirib, Azərbaycanı nümunəvi ölkə adlandırıb. Müəllif xatırladır ki, aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirusa pandemiyasına həsr edilmiş videokonfrans formatında fövqəladə Sammiti keçirilib (xatırladaq ki, bu Şuranın sədri Azərbaycan Respublikasıdır). Mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Əlaqə qrupunun “Biz birlikdə COVID-19-a qarşıyıq” mövzusunda videokonfrans formatında koronavirusla mübarizəyə həsr edilmiş Sammiti keçiriləcək. P.Deryabin məqaləsinin sonunda yazır: “Pandemiyanın nəticələrinin iqtisadi fəaliyyətin subyektlərinə neqativ təsirinin qarşısının alınması üzrə tədbirlərin reallaşdırılması işində Azərbaycanın nümunə olması şübhəsizdir. Bir çox ölkələr Azərbaycanın təcrübəsini qəbul edirlər. Onun uğurlarının rəhni ölkə rəhbərliyinin açıqlığı, iqtisadiyyatın şəffaflığı, Azərbaycan cəmiyyətinin həmrəyliyi və Prezidentin ətrafında sıx birləşməsi, ümumi məqsədlərin anlaşılmasında biznes-cəmiyyəti ilə iqtidarın mövqelərinin yaxınlığı ilə bağlıdır. Burada “Biz birlikdə güclüyük!” şüarı bütün ölkə vətəndaşlarının üzləşdiyi təhlükə qarşısında xalq-iqtidar birliyinin vacibliyini aydın göstərir, hər kəs anlayır ki, çətinliklərin öhdəsindən yalnız birgə səylərlə gəlmək olar”

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev hər zaman Ermənistanın faşist, terrorçu mahiyyətni ifşa edib
04.06.2020
Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür
04.06.2020
Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir
04.06.2020
Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir
04.06.2020
Hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info