Diasporla İş üzrə Dövlət Komitəsi Minskdə qalan Azərbaycan vətəndaşlarına yardımın müddətini uzadıb
Tarix: 27.04.2020 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Belarus Respublikasından vətənə qayıda bilməyən 22 vətəndaşımız aprelin 6-dan bu günə qədər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maddi yardımı ilə otellərə yerləşdirilib və onların gündəlik ehtiyacları tam təmin edilib.
Dövlət Komitəsindən bildiriblər ki, hazırda Minsk şəhərində olan soydaşlarımız oteldə qalma müddətinin başa çatması ilə əlaqədar ikinci dəfə Komitəyə müraciət ediblər. Dövlət Komitəsi onların oteldə qalma müddətinin uzadılmasına kömək edib və aprelin 30-a qədər bütün xərcləri ödəməyi öz üzərinə götürüb.
Hazırda Minsk şəhərində olan və oradakı 22 vətəndaşımızın vəziyyəti ilə bağlı məlumat verən Elman Xankişiyev bildirib ki, bu çətin məqamda dövlətimizdən həm maddi, həm də mənəvi dayaq gördük. Diasporla İş üzrə Dövlət Komitəsi bizi qalacaq yerlə təmin edib və bütün ehtiyaclarımız ödənilir. Biz göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığımızı çatdırırıq. Qeyd edək ki, həmin 22 nəfərin əksəriyyəti Azərbaycana qayıtmaq məqsədilə müxtəlif ölkələrdən Minskə gedən soydaşlarımızdır.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın
03.06.2020
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
03.06.2020
Yüksək texnoloji cəmiyyətin müsbət tərəflərindən savayı kəskin mənfi tərəfləri də mövcuddur
03.06.2020
Qazaxıstanın ölkəmizdəki səfirliyi ASCO-ya təşəkkür etdi
02.06.2020
Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info