Millət vəkili Jalə Əhmədova: “Azərbaycanda məşğulluq və sosial rifahın dəstəklənməsi sahəsində çox uğurlu işlər aparılır”
Tarix: 27.04.2020 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


“Prezidentin də vurğuladığı kimi, ölkədə bu il üçün nəzərdə tutulan heç bir sosial layihə ləğv edilməyəcək”

Dünyada koronavirus infeksiyasının (COVID-19) ağır fəsadlarının davam etdiyi bir vaxtda Azərbaycanda bu bəşəri bəlaya çevrilən virusla mübarizədə uğurlu nəticələr əldə edilir. Təbii ki, bunun bir sıra səbəbləri var ki, bunlardan ən əsası ilin əvvəlindən hökumətin bu problemin ölkəmizdə geniş yayılmaması, ümumiyyətlə virusun Azərbaycana ayaq açmaması üçün gördüyü önləyici tədbirlərdir. Hazırda Azərbaycan nadir ölkələrdəndir ki, burada koronavirus infeksiyasına yoluxan və ölənlərin sayı artmır, əksinə azalır. Yəni, işin ciddiliyini əvvəldən nəzərə alan Azərbaycan hökuməti virusla mübarizədə önləyici tədbirlərin görülməsinə tam məsuliyyətlə yanaşdı və bu gün də bu operativ tədbirlər davam etdirilir. Dövlət yalnız virusla mübarizə tədbirlərini gücləndirmədi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrə, fiziki məhdudiyyətli şəxslərə və tənha ahıllara qarşı da xüsusi qayğı və dəstək tədbirlərini gücləndirdi. Hətta bu gün ölkəmiz xarici mətbuatda belə, koronavirusla effektli mübarizədə eləcə də sosial dəstək tədbirlərində dünya ölkələrinə nümunə göstərilir. Məsələn Rusiyanın “Pravda.ru” saytında dərc edilən “COVID-19: Azərbaycan-effektivlik və etimad nümunəsi” başlıqlı məqalədə ölkəmizdə görülən işlər ən kiçik detallarına qədər təhlil edilərək dövlətin nümunəvi addımları təqdir edilib.

“Azərbaycanın koronavirusla uğurlu mübarizə modeli artıq hər kəs tərəfindən qəbul edilib. Regionda ən çox test keçirən ölkəyik və vətəndaşlarımızın karantin rejiminə əməl etməsi sayəsində ölkədə vəziyyət qısa müddət ərzində stabilləşir”

Milli Məclisin deputatı Jalə Əhmədova “Palitra”ya verdiyi açıqlamada Azərbaycanın nəinki koronavirusla mübarizə tədbirləri, səhiyyə sahəsindəki effektiv işlərdə ümumilikdə belə ağır günlərdə sosial dəstək tədbirlərində də bir çox ölkəyə nümunə göstərilməsini təbii hal saydı: “Ümumiyyətlə onu qeyd etməliyəm ki, bu çətin dövrdə digər dövlətlər, xüsusən də region ölkələri ilə müqayisədə Azərbaycanda məşğulluq və sosial rifahın dəstəklənməsi sahəsində çox uğurlu işlər aparılır. Diqqət çəkən amillərdən biri də odur ki, məşğulluq orqanlarının fəaliyyəti gücləndirildi. Bildiyiniz kimi DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılması üçün 30 milyon manat vəsait ayrıldı. Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin 37 mindən 90 minə çatdırılması istiqamətində işlər davam edir. 37 min ödənişli ictimai işçidən əlavə, son günlərdə 12 min nəfər də haqqı ödənilən ictimai işlər proqramına cəlb edilib. Həmin işlərdə çalışanların sayı artıq 49 mindir və bu say 90 minə çatdırılacaq. Məşğulluq idarəsində işsiz kimi qeydə alınan və müvafiq qanunun tələblərinə uyğun gələn hər bir vətəndaşa birdəfəlik ödənişlər edilir. Yəni, bütün bunlar iqtisadiyyata zərbə vuran koronavirusun yaratdığı çətin şəraitdə baş verir”. Millət vəkili dedi ki, bu günlərdə ən çox narahatlıq keçirən yaşı 65-dən yuxarı tənha şəxslərə də xüsusi qayğı göstərilməkdədir: “Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır ki, bu da təqdir edilməlidir. 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib ki, bu prosesin hələ də davam etdiyini müşahidə edirik. Qeyd edim ki, bu çətin şəraitdə belə dövlət sosial xidmətlərin təmin edilməsini unutmadı və hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. ASAN xidmət mərkəzləri də artıq qabaqcadan növbə götürməklə öz fəaliyyətlərini bərpa etdilər. Prezidentin də vurğuladığı kimi, ölkədə bu il üçün nəzərdə tutulan heç bir sosial layihələr ləğv edilməyəcək. Dünyanın ən kiçik dövlətindən tutmuş ən nəhəng ölkəsinə qədər hər bir dövlətin bu gözlənilməz vəziyyətdən nə qədər zərər çəkdiyini görürük. Lakin danılmaz fakt və reallıqdır ki, Azərbaycan bu vəziyyətdən çox şərəflə və az itki ilə çıxacaq. Ölkədə aktiv xəstə sayının azalması fonunda, artıq xüsusi karantin rejimi də müntəzəm olaraq yumşaldılır. Azərbaycanın koronavirusla uğurlu mübarizə modeli artıq hər kəs tərəfindən qəbul edilib. Regionda ən çox test keçirən ölkəyik və vətəndaşlarımızın karantin rejiminə əməl etməsi sayəsində ölkədə vəziyyət qısa müddət ərzində stabilləşir”.

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info