Prezidentin Mətbuat Xidmətinin məlumatı
Tarix: 27.04.2020 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Aprelin 27-də Litva tərəfinin təşəbbüsü ilə Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar. Litva Prezidenti Qitanas Nauseda Ramazan ayı münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.
Dövlət başçıları ikitərəfli münasibətlərə toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının önəmini qeyd etdilər və pandemiya başa çatdıqdan sonra Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin vacibliyini bildirdilər. Litva Prezidenti Qitanas Nauseda Şərq Tərəfdaşlığına üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan Zirvə toplantısına hazırlıq dövründə Şərq Tərəfdaşlığı Proqramı və ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevdən fikirlərini bölüşməyi xahiş etdi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalamışdır. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir. Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıldı. Litva Prezidenti Qitanas Nauseda pandemiyaya qarşı mübarizədə Azərbaycanın əhəmiyyətli uğurlar qazandığını bildirdi. Prezident İlham Əliyev koronavirus pandemiyasının başladığı ilk günlərdən Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olduğunu və ölkəmizin pandemiya ilə mübarizədə beynəlxalq səyləri və əməkdaşlığı dəstəklədiyini vurğuladı.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25.05.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər
25.05.2020
Prezident Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
3 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar
4 Qiyməli pendirli yemək resepti -VİDEO
5 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info