Prezident İlham Əliyev: Vətəndaşların rahatlığı hər şeydən üstündür
Tarix: 27.04.2020 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 96-cı kitabında yer alan bu fikri dövlətimizin başçısı 2019-cu il sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılış mərasimində söyləyib. Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin avqustundan oktyabr ayınadək olan dövrü əhatə edir. Çoxcildliyin 96-cı kitabına Prezident İlham Əliyevin Rusiya Federasiyasına və Türkmənistan Respublikasına işgüzar səfərləri zamanı Soçinin Valday şəhərində və Aşqabadda keçirilən toplantılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi çıxışı, bu ölkələrin rəhbərləri ilə görüş və danışıqlarına, hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə, habelə “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarına müsahibəsinə dair materiallar toplanıb. Kitaba dövlət başçısının “Əsrin müqaviləsi”nin 25 illiyinə və Neftçilər Gününə həsr olunmuş mərasimdə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündə söylədiyi geniş nitqlərinin mətnləri və ölkəmizə gələn türkdilli dövlətlərin rəhbərləri ilə görüş və danışıqları haqqında ətraflı məlumatlar daxil edilib.
Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Rusiya, Türkiyə, Gürcüstan, Belarus, Çin, Fransa, İsveçrə və digər dövlətlərin, İslam Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Maliyyə Korporasiyasının yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi barədə xəbərlər verilib.
Prezident İlham Əliyevin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da hər cilddə öz əksini tapır.
Oxucu 96-cı kitabda dövlətimizin başçısının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Bədii Gimnastika üzrə 37-ci dünya çempionatının, Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılış mərasimlərində iştirakına dair materiallarla da tanış ola bilər. Prezidentin Qurban bayramı münasibətilə xalqımıza, Roş-Ha-Şana bayramı ilə əlaqədar Azərbaycanın yəhudi icmasına təbrik məktubları və digər məktublar da yeni nəşrə daxil edilib. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 96-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq
01.06.2020
Maska taxmayanlara agentlikdən “sürpriz“
01.06.2020
Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri
01.06.2020
Övladlarımızı ölkəmiz üçün əsl vətəndaş kimi yetişdirməliyik
01.06.2020
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info