Dünya ölkələrinin pandemiya sınağı: Azərbaycanda iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi təmin edilir
Tarix: 27.04.2020 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Dünya ölkələri koronovirus pandemiyası ilə mübarizəni davam etdirirlər. Bu gün bir çox mütəxəssislər bu pandemiyanın müxtəlif sahələrə, o cümlədən iqtisadiyyata təsiri ilə bağlı fikirlərini bildirirlər.

İnkişaf etməkdə olan iqtisadiyyatların pandemiyadan sonra kiçilmə riski var

Londonda yerləşən “Oxford Economiks” qlobal araşdırma və tədqiqatlar mərkəzinin baş iqtisadçısı Adam Slater “Dunya.com” saytına açıqlamasında qlobal iqtisadiyyat və epidemiyadan sonrakı vəziyyətlə bağlı fikirlərini bildirib. Qlobal iqtisadiyyatın bu il 3,6 faiz səviyyəsində kiçiləcəyini gözlədiklərini deyən Slater bildirib ki, bu, qlobal iqtisadi böhrandan daha dərin bir kiçilmədir: “Ancaq üçüncü və dördüncü rüblərdə qlobal iqtisadiyyatın güclü bir şəkildə yenidən böyüməsini gözləyirik. Bunu bir hərf şəklində ifadə etsək, “V” şəklində qlobal bir yaxşılaşma olacağını gözləyirik. Dərin bir iqtisadi zəifləmə və bunun ardınca gələn güclü bir yenidən böyüməni görə bilərik”. Slater, inkişaf etməkdə olan ölkələrin hazırkı maliyyə vəziyyətlərinin 2008-ci il böhranında olduğu kimi 10 il davam edə biləcək kiçilmə proqramlarının həyata keçirilməsinə səbəb olub-olmayacağı ilə bağlı bunları bildirib: “Belə bir risk var. Yalnız İngiltərədə deyil, digər inkişaf etmiş iqtisadiyyatları da belə təhlükə gözləyir. Artıq onlar çoxlu miqdarda əlavə borc yaradırlar. Orta müddətdə siyasətdə maliyyə təzyiqləri olacaq. Daralma riski var və ümid edirəm ki, hökumətlər bundan yayınırlar”. 2008-ci il böhranından sonra inkişaf etməkdə olan ölkələrdə maliyyə ilə bağlı zəif artım müşahidə edildiyini vurğulayan Slaterin fikrincə, virusun yaratdığı böhrandan sonra bu dəfə pul siyasətini bir az daha davam etdirə biləcəklər. O, karantin tətbiqinin maliyyələşdirilməsinin hər ölkədə fərqli olduğunu, inkişaf etmiş ölkələrdə hərtərəfli bir karantin maliyyələşməsinin mümkün olduğunu vurğulayıb: “Maliyyə sabitliyini təhlükə altına almadan büdcə kəsirini çox yüksək səviyyəyə qaldıra bilərsiniz. Bunu bəzi iqtisadiyyatlarda etmək çətin ola bilər. Bəzi G-7 ölkələri bu mənada daha geniş bir karantin müddətini (maliyyə baxımından) idarə etmək baxımından daha yaxşı vəziyyətdədir. Avropa ölkələrində karantindən çıxmaq cəhdlərinə gəldikdə isə indi Danimarka, Almaniya, Avstriya kimi ölkələr karantini yumşaltmaq üçün kiçik addımlar atırlar. Kiçik dükanlar, ibtidai məktəblər, uşaq bağçalarını açırlar və bəzi insanların tədbir alaraq işə qayıtmalarına icazə verirlər. İngiltərə üçün də bu şablonun tətbiq ediləcəyini düşünürəm. Karantin tədricən, yavaş-yavaş aradan qaldırılacaq. Hökumətlər bir az “cəhd edin və baxın" şəklində irəliləyəcəklər”.

ABŞ-da işsizlik üçün müraciət edənlərin sayı 4,4 milyon oldu

Amerika Əmək Nazirliyinin məlumatına görə, ölkədə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı həftədə 4,4 milyon nəfər olub. Gözlənilən rəqəm isə 4.5 milyon idi. ABŞ-da işsizlik müavinətləri üçün müraciətlərin sayı mart ayının son həftəsində 3,3 milyon, aprelin ilk iki həftəsində 6.6 milyon olaraq qeydə alınıb. Ölkədə keçən həftə 5,2 milyon, sonra isə 4.4 milyon işsizlik müavinət olub. Beləliklə, iqtisadi fəaliyyətlər koronavirus epidemiyası səbəbindən dayandırıldıqdan bəri işsizlik müavinətləri üçün ümumi müraciətlər 26 milyona çatıb. Koronavirus epidemiyasının təsiri görünməyə başlamazdan əvvəl müraciətlər 50 ilin ən aşağı səviyyəsi olan 200 min olub.

IAB: “Alman iqtisadiyyatı müharibədən sonrakı ən ağır tənəzzülə başlayıb”

Nürnberq Məşğulluq Bazarı və Peşə Tədqiqatları İnstitutu (IAB), koronavirus böhranı səbəbi ilə bu il Almaniya iqtisadiyyatının 8.4 faiz azalacağını və qısa müddətdə çalışanların orta illik ortalamasının 2,5 milyona çata biləcəyini və işsizlərin sayının 3 milyon nəfər ilə ən yüksək səviyyədə olacağını proqnozlaşdırıb. "Alman iqtisadiyyatı müharibədən sonrakı dövrdə ən ağır tənəzzülə girdi" deyə institutun hesabatında bildirilir. Almaniyadakı qlobal maliyyə böhranı dövründə, 2009-cu ildə qısa bir iş planı həyata keçirən 1.44 milyon insan var idi. Digər tədqiqat müəssisələrinin hesabatlarında qısa müddətdə işlə məşğul olanların bir neçə milyona çata biləcəyi bildirilir. Federal Məşğulluq Agentliyinin aprelin 30-da ayın birinci yarısı üçün qısa iş təcrübəsi məlumatlarını açıqlayacağı gözlənilir. Hans Böckler Dərnəyinin apardığı bir araşdırmada isə aprel ayının ilk iki həftəsində 4 milyon insanın qısa müddətli iş gördüyü bildirilir. IAB iqtisadçısı Enzo Weber deyib: “İqtisadiyyat, iş yerlərinin bağlanması, dünya iqtisadiyyatındakı tənəzzül və yüksək qeyri-müəyyənlik səbəbindən iqtisadiyyat ciddi təzyiq altındadır". IAB-ın ssenarisinə əsasən, ilin sonuna qədər iqtisadiyyat bərpa olunmağa başlayacaq. Bununla birlikdə, tənəzzülün qlobal bir sistemli böhrana çevrilə biləcəyini də nəzərdən qaçırmaq olmaz. Bu vəziyyətdə real və maliyyə iqtisadiyyatının böyük və uzunmüddətli itkiləri gözlənilir. Hesabata görə, yaxın aylarda işsizlərin sayı 3 milyonu keçə bilər. Bununla birlikdə iqtisadi fəaliyyətlərin normala qayıtması ilə ilin ortalamasının bir əvvəlki ilə görə 500 min adam artacağı gözlənilir. Hesabatda, bütün sektorların epidemiyaya məruz qalacağı bildirilir və iqtisadi fəaliyyətin insan sağlamlığını qorumağa üstünlük verən qaydalara riayət etməklə normal fəaliyyətə qayıtmağa başlaması məqsədəuyğun bir variant hesab edilə bilər.

Azərbaycan dövləti pandemiyaya qarşı səmərəli mübarizə tədbirləri planını yalnız öz resursları hesabına həyata keçirir

Pandemiya ilə bağlı Azərbaycanda qısa müddətdə həyat fəaliyyətinin bütün sahələrini əhatə edən geniş tədbirlər həyata keçirilib. Qeyd edək ki, dövlət pandemiyaya qarşı səmərəli mübarizə tədbirləri planını yalnız öz resursları hesabına həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyini təmin edir. Bu tədbirlər ölkə başçısının tapşırığı və bilavasitə nəzarəti altında həyata keçirilir. İş yerlərinin saxlanılması, koronavirus pandemiyasından zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi, sahibkarlara vergi güzəştləri, imtiyazlar və vergi tətilləri verilməsi yolu ilə onların vergi yükünün azaldılması, kreditvermənin stimullaşdırılması və ən vacibi - əhaliyə birbaşa sosial dəstək verilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Xüsusilə də karantin rejimi ilə əlaqədar iş yerlərinin azaldılmaması, müvəqqəti işsiz qalan insanlara maddi yardımların göstərilməsi, 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi, DOST İş Mərkəzləri vasitəsi ilə 90 min ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində görülən işlər isə koronavirus pandemiyası ilə mübarizədə dövlətimizin böhranlı vəziyyətlərə yüksək hazırlıqlı olmasından xəbər verdi. Pandemiyanın fəsadlarından qorumaq üçün yeni dəstək proqramının həyata keçirilməsi, 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsaitin ayrılması ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən addımların davamı oldu.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Azərbaycan Prezidenti: Bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir
01.06.2020
“Gələcəyin sahibkarı” müsabiqəsinin qalibləri açıqlanıb
01.06.2020
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi “Kitab sovqatı” aksiyası keçirib
01.06.2020
Yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə 549 milyon dollar dəyərində ixrac həyata keçirilib
01.06.2020
KOBİA: Sahibkarların “COVİD-19”un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info