Sizin adınız Vətənin və xalqımızın tarix səhifəsinə qızıl hərflərlə yazılacaq
Tarix: 27.04.2020 | Saat: 21:21:00 | E-mail | Çapa göndər



Möhtərəm İlham Heydər oğlu.
Siz ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı kimi Birinci vitse-prezident Mehriban xanımla birlikdə dövlət-xalq-iqtidar birliyini formalaşdıraraq, gündən-günə möhkəmləndirirsiniz. Çətin sınaqlarda qayğı, dərin sevgi ilə vətəndaşların yanında olmusunuz. Xalqa maddi-mənəvi kömək göstərmisiniz, xalqın qəlbində ümid çırağı yandırmısınız. Siz çiyinlərinizdə Vətənin və xalqın ağır yükünü çəkirsiniz. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz uğurlu islahatlar və layihələr, çoxşaxəli fəaliyyətiniz dəyərli və qiymətlidir. Qloballaşan dünyamızda Sizin dərin təfəkkürünüz, uzaqgörənliyiniz, siyasi hadisələrə vaxtında düzgün qiymət vermək bacarığınız, yüksək mədəniyyətiniz inkişaf etmiş bir çox ölkələrin rəhbərlərinin Sizə hörmət və ehtiramını qazandırıb. Dünyanın 200-dən çox ölkəsini cənginə almış koronavirusla mübarizədə vaxtında qabaqlayıcı tədbirlər görməyinizin nəticəsidir ki, ölkəmizdə insan itkisi daha az oldu. Əminik ki, xalqımız bir yumruq kimi birləşəcək, bu mübarizədən başıuca çıxacaqdır. Qələm sahibi kimi şeirlərimin birində yazmışam: “Kim şəriksə Vətənin, xalqının əzabına, Yazdıracaq adını insanlıq kitabına”. Sizin adınız Vətənin və xalqımızın tarix səhifəsinə qızıl hərflərlə yazılacaq. Siz ən dərin hörmət və ehtirama layiqsiniz. Uca Tanrı Sizi qorusun.

Hörmətlə,

Ələkbərov Oqtay İsgəndər oğlu,
Zəngilan rayonundan 81 yaşlı məcburi köçkün,
Qarabağ müharibəsi veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Bakı şəhəri.




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi
04.06.2020
Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır
04.06.2020
“Dövlət uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi üçün yeni imkanlar yaradacaq”
04.06.2020
Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - “Azərsu“
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info