Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz
Tarix: 27.04.2020 | Saat: 21:24:00 | E-mail | Çapa göndər



Hörmətli cənab Prezident.
Sizə yazılan minnətdarlıq məktublarını efirdə dinlədikdə mən də ürəyimdən gələn səmimi hislərimi bildirmək istədim. Mənim 12 yaşım var. Şamaxıda yerləşən M.Hadi adına 9 saylı məktəbin VI sinfində oxuyuram. Əvvəla dünyada, eləcə də Azərbaycanda yayılmış koronavirus infeksiyasına qarşı ölkəmizdə görülən işlərə görə Sizə “Çox sağ olun!” demək istəyirəm. Sizin sayənizdə respublikamızda bu virusun qarşısı vaxtında alındı. Siz biz uşaqları qorumaq üçün dərsləri dayandırdınız. Lakin evdə qalsaq da, təhsildən, dərslərimizdən geri qalmırıq. Mən bilirəm ki, Siz uşaqları çox sevirsiniz. Mən də Sizi çox sevirəm. Bu sevgimi beş yaşından iştirak etdiyim bütün tədbirlərdə ümummilli liderimiz Heydər Əliyevə və Sizə həsr olunmuş şeirləri böyük həvəslə söyləməklə bildirirəm. Deyirlər, uşaqların Allahdan istəkləri mütləq yerinə yetir. Mənim arzum Sizi, Azərbaycanı xoşbəxt görməkdir. Bizi qoruduğunuza görə Sizə təşəkkür edirəm. Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik.
Hörmətlə,
Ədilova Aytən İlkin qızı.
Şamaxı rayonu.




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi təşkil olunacaq
01.06.2020
Maska taxmayanlara agentlikdən “sürpriz“
01.06.2020
Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri
01.06.2020
Övladlarımızı ölkəmiz üçün əsl vətəndaş kimi yetişdirməliyik
01.06.2020
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info