Siz sübut etdiniz ki, həqiqətən də Azərbaycan güclü dövlətdir.
Tarix: 27.04.2020 | Saat: 21:56:00 | E-mail | Çapa göndər




Hörmətli cənab Prezident

. Bütün xalqımız kimi, Ağsu rayonunun Bico kəndinin sakinləri də Sizin xalqımızın uğurlu sabahına, xoşbəxt gələcəyinə hesablanmış daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Sizə minnətdarlıqlarını bildirirlər. Bu gün Ulu Öndərimizin ruhu ona görə şaddır ki, Siz onun mənsub olduğu, sevdiyi xalqa ləyaqətlə xidmət edirsiniz. Buna görə xalqımız Sizi mərd atanın mərd oğlu kimi tanıyır. Əziz Prezidentimiz, gördüyünüz işlər o qədər əzəmətli və böyükdür ki, onlar dünyanın hər yerindən görünür. Son illər kəndimizdə də çox böyük işlər görülüb. Məktəb və xəstəxana binaları istifadəyə verilib, evlərimizə qaz və su xətləri çəkilib, kəndarası yollar asfaltlanıb. Bu qayğılı günlərdə də aztəminatlı, həssas təbəqəyə hər cür qayğı göstərilir. Bütün işlərinizə görə kənd sakinləri adından Sizə “Çox sağ olun!” deyir, hörmət və ehtiramımızı bildiririk.

Hörmətlə,
Qarayev Yaşar, Əməkdar müəllim.
Ağsu rayonu, Bico kəndi.

Möhtərəm cənab Prezident.
Sizin dünyanın çətin sınaq mərhələsində hadisələri öncədən görməyinizi və qabaqlayıcı tədbirlər görməyinizi alqışlayır və dərin minnətdarlığımı bildirirəm. Bu tədbirlər təhlükəli virusun Azərbaycanda geniş yayılmasına imkan vermədi. İnanıram ki, Sizin sayənizdə Azərbaycan xalqı bu pandemiyaya qalib gələcək və dövlətimiz gündən-günə çiçəklənəcək. Öz adımdan ilk öncə Sizə, aidiyyəti dövlət qurumlarına və birlik göstərən xalqıma təşəkkür edirəm. Hörmətli Prezident, bu çətin vaxtda xalqımız üçün gördüyünüz işləri dəyərləndirməyi özümə borc bildim. Sizə təşəkkür bildirir, möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Təbiət elmləri təmayüllü gimnaziyanın 8 "b" sinif şagirdi Qüdrətli Səid Elşad oğlu
Sumqayıt şəhəri.

Hörmətli cənab Prezident.
Bütün dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. Azərbaycan koronavirusla mübarizədə ağır nəticələrlə üzləşmədi. Bu da Sizin ulu öndər Heydər Əliyev məktəbindən öyrəndiyiniz dərin siyasi, diplomatik biliyiniz və vətənsevərliyiniz sayəsində mümkün oldu. Aztəminatlı ailələrə verilən müavinətlər, koronavirus xəstələrinin dövlət hesabına müalicəsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi, kommunal ödənişlərə edilən güzəştlər insanların Sizə inamını daha da artırdı. Sizin və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xalqa ünvanlanan doğma və qayğıkeş müraciətləriniz, həqiqətən, bizim birlikdə güclü olduğumuzu sübut etdi. Var olasınız, cənab Prezident! Var olasınız ki, Azərbaycanımızın adını həmişə daha yüksəklərə ucaldasınız. Dünyamıza, ölkəmizə, Sizə, ailənizə və doğmalarınıza sağlam həyat diləyirəm. Sizə təşəkkür edirəm.
Hörmətlə,
Məmmədova Zülfiyyə Aftandil qızı,
Qubadlı rayon Saray kənd tam orta məktəbinin müəllimi.



Azərbaycan Hörmətli cənab Prezident.

Koronavirusla mübarizə dövründə xalqımızın Sizə bəslənən ümidlərini bir daha doğrultdunuz, bizi böyük bir bəladan xilas etməkdəsiniz. Sizi dəstəkləyir, bu şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayırıq. Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər pandemiya bəlasına qarşı çox səmərəli oldu. Bu virus heç kimin gözləmədiyi anda ortaya çıxdı. Lakin hər kəsin gözlədiyi kimi, Siz bu çətinliyə də etibarlı sipər oldunuz, xalqımızı qorudunuz, ölkəmizi böyük bir təhlükədən xilas etdiniz. Allah Sizə hər zaman kömək olsun.
Hörmətlə,
Mehtiyev Mehman Fərman oğlu
Xaliqov Adil Neymət oğlu.
Bakı şəhəri, Xəzər rayonu.


Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizə təsirinin azaldılması istiqamətində Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində çox mühüm işlər görülüb. Sizin “Mənim üçün Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onun təhlükəsizliyinin təmin olunması hər şeydən üstündür” sözləriniz öz xalqının taleyinə ürəkdən yanan müdrik rəhbər, dövlət başçısı kimi çətin gündə Azərbaycanın hər bir vətəndaşına sevginizi, qayğınızı ifadə edir. Azərbaycanda virusun qeydə alındığı gündən bütün qüvvələr səfərbər edilərək, xüsusi karantin rejimi tətbiq olundu. Sizin təşəbbüsünüzlə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündəki əhatəli çıxışınızla ölkələri əməkdaşlığa çağırdınız. Bütün bunlar sübut edir ki, apardığınız uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Xalqımızın sağlamlığı, təhlükəsizliyi naminə göstərdiyiniz fədakarlığa, yüksək qayğıya görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız da Sizə güvənir, Sizinlə qürur duyur. Qürur duyuruq ki, dar məqamda düzgün qərar qəbul edən, xalqı təhlükədən qoruyan Sizin kimi Prezidentimiz, rəhbərimiz var. Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Zeynalov Nazim Fətixan oğlu.
Hacıqabul rayonu.


Hörmətli cənab Prezident.
Mən gözdən əliləm. Amma Sizin xalqımız üçün etdiklərinizi, bizləri işıqlı sabaha apardığınızı görürəm. Bizi qorxulu bəladan qoruduğunuza görə Sizə təşəkkür etmək istəyirəm. Cənab Prezident, Sizin müdrik rəhbərliyinizlə nəinki pandemiyaya qalib gələcəyik, hətta işğal altında olan torpaqlarımızı qısa zamanda azad edəcəyik. Siz varsınızsa, bütün problemlər öz həllini tapacaq. Mənim övladım Türkiyədə təhsil alır. Türkiyədə olan bütün tələbələr bu çətin vaxtlarda özlərini tək hiss etmədilər. Siz onlara arxa oldunuz. Çox sağ olun, var olun, cənab Prezident! Biz əlillərə göstərdiyiniz qayğıya görə Sizə xüsusi təşəkkür etmək istəyirəm. Sizinlə fəxr edirəm. Hörmətlə,
Qurbanova Fazilə İsbat qızı.
Qalağayın kəndi.

Çox hörmətli cənab Prezident.
Siz dünyanı bürüyən və böyük tələfatlara səbəb olan koronavirus pandemiyasına qarşı çevik və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməklə vətəndaşlarımızın yanında olduğunuzu bir daha sübut etdiniz. Həmçinin son günlər əhalinin aztəminatlı hissəsinin sosial rifahının yaxşılaşdırılması üçün imzaladığınız məlum sərəncamlara görə Sizə minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi və övladlarınızı qorusun. Cənab Prezident, mən bir vətəndaş olaraq Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən en az itki ilə qurtulacaqdır. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun.
Hörmətlə
İbrahimov Həzrətəli Kamal oğlu
İbrahimova Qətibə Nərman qızı.

Ağstafa rayonu, Köçəsgər kəndi.

Çox hörmətli cənab Prezident.
Sizə ailəmiz adından minnətdarlığımızı bildiririk ki, belə güclü dövlət yaratmısınız və biz bu ölkənin vətəndaşlarıyıq. COVID-19 pandemiyasının dünyada səhiyyəni və sosial durumu iflic etdiyi bir vaxta Siz sübut etdiniz ki, həqiqətən də Azərbaycan güclü dövlətdir. Neftin kəskin ucuzlaşdığı bir zamanda Siz sosial vəziyyəti zəif olan vətəndaşlara birdəfəlik ödənişin edilməsi, xalqının rifahının yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verdiniz. Siz bir daha yenə sübut etdiniz ki, ölkəmizin neftdən asılılığı azalıb. Cənab Prezident, bütün bunlar Sizin sayənizdədir. Sizə minnətdaram. Biz Sizinlə güclüyük.
Hörmətlə,
Qocayev Razim Qabil oğlu.
Tovuz rayonu, Yanıqlı kəndi.


Hörmətli prezidentimiz.
Azərbaycan vətəndaşlarını bütün dünyanı bürümüş pandemiyanın fəsadlarından qorumaq üçün gördüyünüz təqdirəlayiq tədbirləri alqışlayırıq. Bu gün bütün xalqımızın vətəndaşlıq nümunəsi göstərməsi günüdür. Hər kəs əlindən gələni mövcud şəraitə uyğun olaraq ən yaxşı şəkildə və keyfiyyətlə yerinə yetirməlidir. Bir tarix müəllimi kimi bütün imkanlardan istifadə edərək, şagirdlərimin təhsildən geri qalmamaları üçün əlimdən gələni əsirgəmirəm. Bundan başqa, dövlətimizin bu bəladan qorunması üçün istənilən tapşırığınızı yerinə yetirməyə hazıram. Sonda Sizə bir daha uzun ömür, cansağlığı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyərək, deyirəm ki, getdiyiniz yol haqq yoludur. Bu yol Heydər yoludur və bu yolda Sizinləyik!
Hörmətlə,
Novruzov Kərim Əvəz oğlu.
Ağdam rayonu.


Möhtərəm cənab Prezident.

Son günlər bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün həyata keçirilən sosial təcrid tədbirlərinə dəstək olaraq həmrəylik nümayiş etdirməyiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiyasına qarşı mübarizə çərçivəsində Sizin rəhbərliyinizlə respublikamızda qabaqlayıcı tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının koronavirus təhlükəsi ilə əlaqədar “Evdə qal, həyatları xilas et!” çağırışı ilə yaşı 65-dən yuxarı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Azərbaycan gəncləri də Sizin atdığınız qətiyyətli addımları, xalqımıza göstərdiyiniz diqqəti və qayğını dəstəkləyirlər. Tibb işçilərimiz istər xəstəxanalarda, istərsə də karantində olan və müalicə alan vətəndaşlarımızla xüsusi maraqlanır, onların tezliklə sağalıb ailələrinin yanına qayıtmaları üçün əllərindən gələni edirlər. Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla koronavirusa tez bir zamanda qalib gələcəyik. Mən gənclər adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın tərəqqisi naminə fədakar fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Əzimov Bəylər Natiq oğlu.
Bakı şəhəri, Nərimanov rayonu.


Hörmətli cənab Prezidentimiz İlham Əliyev.
Bu çətin zamanlarda xalqın yanında olduğunuza, koronavirusla mübarizədə çox önəmli qabaqlayıcı tədbirlər həyata keçirdiyinizə görə ailəmizin və doğmalarımızın adından Sizə təşəkkür edirik. Sizinlə çiyin-çiyinə çalışan, kiçiklərə sevgi, böyüklərə hörmətlə yanaşmaqla hər birimizə nümunə olan dəyərli Mehriban xanıma, öz pozitivliyi ilə gənclərimizə dəstək olan övladlarınıza cansağlığı arzu edirəm. Dahi Ümummilli Lider, öz ideyaları ilə böyük bir siyasi məktəb qoyub getmiş ulu öndərimiz Heydər Əliyevin adı hər zaman qəlbimizdə ən yüksəklərdədir. Təbii ki, onun məktəbini keçmiş bir insan, xalqına sədaqətlə xidmət edən bir Prezident Sizin kimi olmalıdır. Mən Sizinlə fəxr edirəm. Siz ölkəmizi çox yüksək arenalarda layiqincə təmsil edir, atdığınız hər addımla Azərbaycanın adını daha yüksəklərə qaldırırsınız. Tutduğunuz şərəfli yolda Sizə uğurlar, xalqımıza xoşbəxt, firavan gələcək arzu edirəm. Biz Sizinləyik! Cənab Prezidentimiz, ən böyük diləyim işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasıdır. Ana ocağımızı, ata yurdumuzu azad görmək istərdik. Ulu Tanrıdan hər gün bunu diləyirəm.
Hörmətlə,
Ağaliyev Müslüm Aslan oğlu,
məcburi köçkün. Şəmkir rayonu, Dağ Cəyir kəndi.


Cənab Prezidentim.

Azərbaycanın əldə etdiyi uğurların əsas təminatçısı insan kapitalına, xüsusilə də yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclərə göstərilən diqqət və dəstəkdir. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Siz bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi yolunda gənclərə böyük meydan verilməsinin daim tərəfdarı olmuş, onlara bunun üçün hər cür şərait yaratmışınız. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişafı prosesinin avanqardına çevrilirlər. Dövlətimizin koronavirusla mübarizdə apardığı bu çətin günlərdə də gənclər üzərilərinə düşən məsuliyyəti dərk edir, xüsusi karantin rejimi çərçivəsində qoyulan məhdudiyyət tədbirlərinə ciddi əməl edirlər. Siz də öz növbənizdə belə bir vaxtda xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma sonsuz təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Səmədli Cavid Məmmədhəsən oğlu.
Salyan şəhəri.


Möhtərəm cənab Prezident.
Bu gün koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ mübarizə tədbirləri dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Dünya ölkələrinin koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis olunması, yeni xəstəxanaların açılışı, modul tipli 6xəstəxananın tikintisinə başlanılması Azərbaycanın bütün dünyanı təhdid edən bəladan az zərərlə çıxacağından əminlik yaradır. Yürüdülən müdrik siyasət, görülən düzgün mübarizə tədbirləri dünyanın aparıcı dövlətləri tərəfindən təqdir edilməkdədir. Ölkəmizin hər bir vətəndaşına örnək sayılacaq fəaliyyətinizə görə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi İşçilərinin Həmkarlar İttifaqının üzvləri adından Sizə təşəkkür edir və işlərinizdə uğurlar arzulayırıq. Biz əminik ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacağıq. Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun.
Dərin hörmət və ehtiramla,
Hüseynov Zaur Mikayıl oğlu
Lənkəran şəhəri, Şiləvar kəndi.


Möhtərəm və əziz Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev.
Sizin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz 17 il ərzində sürətlə inkişaf edən Azərbaycanın bütün istiqamətlər üzrə müasirləşməsindəki real fəaliyyətinizlə öz təsdiqini tapıb. COVID-19 pandemiyası dövründə bir daha bütün Azərbaycan vətəndaşlarına açıq-aydın bəlli oldu ki, Siz nəinki hər bir azərbaycanlının Prezidenti, həmçinin hər bir azərbaycanlı ailəsinin doğması, əzizi, dayağı, dəstəyi, güvən yeri, istinadgahısınız. Cənab Prezident, hər zaman xalqımıza dayaq olduğunuz üçün Sizə həm öz adımdan, həm də ailəmizin adından təşəkkürümü bildirirəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq Siz Ulu Öndərin daxili və xarici siyasət strategiyasını layiqincə davam etdirirsiniz. Bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gordüyünüz bütün işlərdə Sizə müvəffəqiyyətlər arzulayıram. Var olasınız. Var olasınız ki, Azərbaycanımızı daha yüksəklərə ucaldasınız. Var olasınız ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Qarabağımızda bayrağımızı dalğalandıraq. Dünyamıza, ölkəmizə, Sizə və doğmalarınıza sağlıq və bir daha sağlıq diləyirik.
Dərin hörmətlə,
Tumasov Köçəri Tumas oğlu.
Cəbrayıl rayonu, Hovuslu kəndi.


Cənab Prezident

. Əvvəla Sizi salamlayır və bu məktubumla Sizə dərin təşəkkürümü bildirirəm. Dünyanı bürüyən pandemiya dövründə Sizin və Mehriban xanım Əliyevanın hər zamankı kimi xalqın yanında olmağınız məni də qürurlandırdı. Ulu öndərimiz Heydər Əliyev kimi, məhz Sizin də düşünülmüş iqtisadi, siyasi, sosial addımlarınız bu gün ölkəmizdə firavan həyat sürməyimizə imkan yaradıb. Hazırda Sizin tapşırığınıza əsasən dövlətin bütün imkanları xalqımızı bu bəladan qorumağa və yarana biləcək sosial problemlərin həllinə yönəlib. Bu gün bir daha gördük ki, Prezident-xalq vəhdəti sarsılmazdır. Cənab Prezident, əminik ki, Sizin qətiyyətli addımlarınız, xalqımıza qayğınız sayəsində bu sınaqdan da üzüağ çıxacağıq. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident! Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Həmidov Elnur Səməd oğlu.
Gəncə şəhəri.


Hörmətli cənab Prezident.

Siz ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək, müstəqil Azərbaycanımızı gücləndirirsiniz. Ölkəmizin gələcəyinə həssas yanaşmağınız sayəsində pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respubilkasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamınızdan irəli gələn vəzifələrin həlli məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı verilmiş qərar biz valideynlər tərəfindən çox yüksək qiymətləndirilir. Cənab Prezident, pandemiya ilə mübarizədə göstərdiyiniz fədakarlıq tarixə qızıl hərflərlə yazılacaq. Bizimlə yaxından maraqlandığınız, bizə qayğı göstərdiyiniz və hər bir zaman olduğu kimi, yenə də vətəndaşlarımızın rifahı naminə qərarlar verdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Hörmətlə,
Məmmədov Elton Həmdulla oğlu.
Göyçay rayonu, Bığır kəndi.


Hörmətli Prezident cənab İlham Əliyev.

Hər şeydən öncə belə çətin dövrdə, bu pandemiya şəraitində biz vətəndaşların qayğısına qaldığınıza görə Sizə ailəm adından minnətdarlıq edirəm. Siz öz humanistliyinizlə bir daha sübut etdiniz ki, dövlət həmişə vətəndaşının yanındadır və biz vətəndaşlar, xüsusən də mən öz ailəmlə həmişə Sizi sevmişik, dəstəkləmişik, bu gün də, sabah da Sizinləyik. Biz görürük ki, ulu öndər Heydər Əliyev – o dahi şəxsiyyət əbədiyyətə qovuşsa da, onun pak ruhu daim Azərbaycan xalqı ilədir. Bir daha Sizə ailəm adından təşəkkür edirəm, sağ olun, var olun. Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üstündən əskik etməsin.
Hörmətlə,
Əliyev Böyükağa Vəkil oğlu
Biləsuvar rayonu, Ağayrı kəndi.







 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev hər zaman Ermənistanın faşist, terrorçu mahiyyətni ifşa edib
04.06.2020
Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür
04.06.2020
Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir
04.06.2020
Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir
04.06.2020
Hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info