Dövlət dəstəyi, milli həmrəylik və vətəndaş məsuliyyətinin vəhdəti
Tarix: 27.04.2020 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Hamımızın ümumi evi olan planetimiz hazırda qlobal bir təhlükə ilə üz-üzə qalıb. Artıq bir müddətdir ki, sürətlə yayılan COVID-19 (koronavirus) pandemiyası nəticəsində dünyanın dörd bir yanında xüsusi karantin qaydaları tətbiq edilir, insanlar sosial təcrid şəraitində yaşayırlar. 3 milyondan çox insanın yoluxduğu bu virus 200 mindən çox can alıb. Əfsuslar olsun ki, COVID-19 (koronavirus) pandemiyası ölkəmizdə də yayılmaqdadır.
Dünyada olduğu kimi, Azərbaycanda da pandemiyanın qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması istiqamətində ciddi və təxirəsalınmaz işlər görülür. Cənab Prezidentin tapşırığı ilə dövlət qurumları vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edərək bu prosesə qoşulub. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xalqımıza müraciətlərində qeyd etdiyi kimi, respublikada bütün işlər Azərbaycan Prezidentinin xüsusi diqqətindədir, onun qətiyyətli rəhbərliyi və 24 saatlıq tam nəzarəti altında aparılır.
Hazırda dövlətimiz koronavirus pandemiyası ilə mübarizəyə bütün mümkün maddi imkanlarını yönəldib. Ölkəmizin səhiyyə sistemi, güc strukturları, bütövlükdə dövlət idarəçiliyinin bütün strukturları, eyni zamanda, kütləvi informasiya vasitələri bu bəşəri bəlanın aradan qaldırılması istiqamətində bütün səylərini birləşdiriblər.
Respublika ərazisində koronavirus pandemiyasının yayılmağa başladığı ilk dönəmlərdən virusun qarşısının alınması istiqamətində ciddi preventiv tədbirlərə start verilib. Bu tədbirlər sırasında Nazirlər Kabineti yanında Operativ Qərargahın və Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını xüsusilə qeyd etməliyik. Bundan başqa, kütləvi tədbirlərin qadağan edilməsi, xüsusi karantin rejiminin tətbiqi, xaricdəki Azərbaycan vətəndaşlarının təhlükəsiz şəkildə ölkəyə gətirilməsi, ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, sərhədlərin bağlanması, ərzaq təhlükəsizliyinin təmini istiqamətində mühüm addımların atılması, tibb işçilərinin əməyinin qiymətləndirilməsi, sahibkarların, eləcə də aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində mühüm qərarların qəbul edilməsi və həyata keçirilən digər tədbirlər pandemiya ilə mübarizədə dövlətimizin sistematik şəkildə fəaliyyət göstərdiyinin sübutudur. Biz də cəmiyyət olaraq dövlətin bu sistemli fəaliyyətini dəstəkləməklə pandemiyadan minimum itkilərlə qurtula bilərik.
Koronavirusun tezliklə bitməsi üçün hər kəsin öz vətəndaş məsuliyyətini dərk edərək milli həmrəylik göstərməsi mühüm əhəmiyyət kəsb edir. Vəziyyətin nə dərəcədə ciddi olduğunu anlayaraq maksimum şəkildə milli birlik nümayiş etdirməliyik. Ümummilli səfərbərlik tələb edən pandemiya ilə mübarizə prosesində hamımızın öz fərdi və ictimai məsuliyyətimizi dərindən dərk edərək dövlətin yanında yer almağımız vacibdir. Bu günlərdə vətəndaş olaraq hamımızın qarşısında duran əsas vəzifə dövlətin müəyyənləşdirdyi qaydalara və karantin rejiminə ciddi riayət etməkdir. Əlbəttə, gündəlik həyat düzənimizin köklü şəkildə dəyişməsi bizi çətinliklərlə üz-üzə qoyub. Lakin bu halın müvəqqəti olduğunu düşünərək ailəmiz, yaxınlarımız və bütövlükdə Vətənimiz qarşısında məsuliyyətli davranmaq mənəvi borcumuzdur.
Vətəndaş məsuliyyəti və milli həmrəylik tandemi pandemiyanın cəngindən xilas olmaq üçün əsas qurtuluş yolumuzdur. İndi hamımızın ümdə vəzifəsi dövlətin bununla bağlı müəyyənləşdirdiyi vahid yol xəritəsi üzrə hərəkət etməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də xalqa müraciətində qarşımızda duran bütün vəzifələrin həllində milli birlik və həmrəyliyi əsas hərəkətverici, stimullaşdırıcı amil kimi səciyyələndirir.

SOCAR da pandemiyanın yayılmağa başlandığı ilk günlərdən koronavirusla mübarizəyə qoşulub. SOCAR hazırda dövlətin atdığı bütün addımlara sosial dəstək nümayiş etdirərək pandemiyanın yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirir. Şirkətin istehsalat sahələrində və inzibati binaların girişlərində daxil olan şəxslərin hərarəti ölçülür, ilkin həkim müayinəsi üçün şərait yaradılır. SOCAR-ın strukturuna daxil olan istehsalat müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılır, maarifləndirmə tədbirləri ilə yanaşı, işçilərin bir-biri ilə yaxın təması məhdudlaşdırılır.
Şirkətin nəzdindəki iş sahələrində sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır. İşçilər qoruyucu maska ilə təmin olunurlar, koronavirusa yoluxmamaq üçün maarifləndirici videotəlimatlar və posterlər hazırlanaraq yayımlanır. Effektiv əlaqələndirmənin təşkili məqsədilə “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb, əməkdaşların iş yerlərinə təhlükəsiz şəraitdə çatdırılmaları üçün müvafiq nəqliyyat vasitələri ayrılıb, istehsalat sahələrində də yeni iş rejimlərinə keçid üçün addımlar atılıb və işçilərin xarici ölkələrə ezam edilməsi müvəqqəti olaraq dayandırılıb. Daxili və kənar iclaslar müasir texnologiyaların tətbiqi vasitəsilə onlayn rejimdə həyata keçirilir.
SOCAR-ın işçilərinə onların vəzifə funksiyalarını evdə yerinə yetirməsi mümkün olduğu hallarda və insanların toplaşdığı məkanlara gəlməsi üçün xüsusi zərurət olmadığı halda, struktur bölmələrin rəhbərləri ilə razılaşdırmaqla, iş yerinə gəlmədən evdən işləmə (“From Home”) imkanları yaradılıb. İşçilərə başqa qurumlarla olan fiziki görüşləri, eləcə də SOCARdaxili iclasları və yaxud görüşləri mümkün qədər azaltmaqla və müasir texnologiyanın imkanlarından yararlanmaqla (Business Skype görüşü, zəng və ya videokonfrans və s.) belə görüşləri həyata keçirmək tapşırılıb.
SOCAR -ın prezidenti cənab Rövnəq Abdullayev və Şirkətin rəhbər heyəti bu günlər ərzində sözügedən qurumun Heydər Əliyev adına Neft Emalı Zavoduna (NEZ), eləcə də Neft Daşlarına səfər edərək koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olub, aparılan işlərdən razı qalıblar. SOCAR rəhbərliyinin bu səfərləri kollektiv arasında böyük ruh yüksəkliyi yaradıb və onlara əlavə stimul verib.
Neft Daşları və digər dəniz obyektlərində çalışan və oranı öz evi bilən fədakar neftçilərimiz də həm öz ailələrinin, həm də həmkarlarının koronavirusa yoluxma riski ilə üzləşməməsi üçün sosial həmrəylik və dəstək nümayiş etdirərək “Evdə qal!” çağırışına qoşulub dənizdə öz növbə müddətlərini uzatmağa razılaşıblar.
SOCAR-ın törəmə şirkəti - respublikada yeganə CNG terminalı və CNG şəbəkəsinə malik, ekoloji CNG yanacağının tətbiqində lider olan “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti də sosial həmrəylik nümayiş etdirərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat məbləğində ianə ayırıb.
Dövlətin dəstəyi, milli həmrəylik və vətəndaş məsuliyyətinin vəhdəti artıq öz bəhrəsini verir. Son günlərin statistikasına nəzər yetirdikdə aydın görmək olar ki, ölkəmizdə koronavirusla mübarizə tədbirləri nəticəsində müsbət göstəricilər əldə edilir, xəstəlikdən sağalanların sayı, yoluxanların sayını üstələyib. Bununla əlaqədar olaraq aprel ayının 27-dən etibarən xüsusi karantin rejimi qaydalarının yumşaldılmasına başlanılıb.
Bütün bu sadalananlardan sonra sonda pozitiv notlara köklənərək və Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını əldə rəhbər tutaraq tezliklə koronavirus pandemiyasını dəf edəcəyimizə olan dərin inamımı ifadə etmək istəyirəm. Birlikdə iradə, əzm nümayiş etdirməklə dövlət və xalq olaraq tezliklə bu qlobal bəlanın da öhdəsindən gələcəyimizə ürəkdən inanıram.
P.S. Uzun müddətdir ki, ailəm, doğmalarım və həmkarlarımla görüşə bilmədiyimə rəğmən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Evdə qal!” çağırışlarına qoşularaq pandemiyanın geniş vüsət almasından xeyli əvvəl - əmək məzuniyyətim dövründə səfər etdiyim xarici ölkədən karantin müddəti başa çatanadək Vətənə qayıtmamağı qərara almışam. Bu, həm ailəm, həm də dövlətimiz qarşısında vətəndaşlıq borcum və ictimai məsuliyyətimdir. Karantin müddəti başa çatana qədər milli həmrəylik nümayiş etdirib “Evdə qal”araq planetimizi, Vətənimizi xilas edə bilərik. Bu, cənab Prezidentimizin qeyd etdiyi kimi, qlobal təhlükədən ən az itkilərlə qurtulmağımızın effektiv və yeganə yoludur. Bunu hamımız bacararıq, çünki BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

Racu Vəliyev,
SOCAR-ın Qazma Şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
“Gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info