Dünyanın ekoloji təmiz şəhərlərinin reytinqi açıqlanıb
Tarix: 29.04.2020 | Saat: 16:28:00 | E-mail | Çapa göndər



Avstriyanın paytaxtı Vyana dünyanın ekoloji cəhətdən ən təmiz şəhəridir.
AZƏRTAC “Lonely Planet” nəşrinə istinadla xəbər verir ki, dünyanın iri şəhərləri bir neçə göstərici üzrə tədqiq olunub. Tədqiqatçılar ictimai yaşıllıq sahələrinin və piyada gəzinti məkanlarının sayı, havanın çirklənməsi dərəcəsi, bərpa olunan mənbələrdən enerji və su istifadəsinin həcmi, ictimai nəqliyyatdan istifadə edən insanların sayı kimi göstəriciləri müqayisə ediblər.

Bu göstəricilərə görə, Vyana reytinqin lideri seçilib. Burada park və istirahət zonalarının sayı çoxdur, ictimai nəqliyyat rahatdır. Bununla yanaşı, əhalinin təxminən yarısı ətraf mühiti çirkləndirən şəxsi nəqliyyatdan imtina edib.
Reytinqdə ikinci yerdə Münxen şəhəri qərarlaşıb. Parkların bol olduğu şəhərdə ictimai nəqliyyat sistemi yollarda şəxsi avtomobillərin sayını azaltmağa və havanı təmiz saxlamağa imkan verir.

Siyahıda üçüncü yeri gəzinti məkanlarının çox olduğu və Avropada adambaşına minimal su sərf edildiyi, eyni zamanda, inkişaf etmiş ictimai nəqliyyat sisteminin qurulduğu Berlin şəhəri tutub.
Reytinqdə dördüncü və beşinci yerlərdə Madrid və San-Paulu şəhərləri gəlir. Madridin mərkəzində çoxsaylı parklar, botanika bağları və piyada gəzinti zonaları salınıb. Braziliya meqapolisində isə fermer bazarlarının bolluğu müşahidə olunur, əhali isə bərpa olunan enerji mənbələrindən çox istifadə edir.
İlk onluğa, həmçinin Mançester, Lissabon, Sinqapur, Amsterdam və Vaşinqton daxil olub.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü
30.05.2020
Martda Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info