Sovet əsgəri Nikolay Masalovun balaca alman qızının xilası hekayəsi
Tarix: 30.04.2020 | Saat: 09:52:00 | E-mail | Çapa göndər


75 il əvvəl, 30 aprel 1945-ci ildə Berlində Sovet ordusunun faşistlərlə küçə döyüşləri zamanı sovet əsgəri Nikolay Masalov 3 yaşlı alman qızını xilas edib. Bu akt Berlinin Treptov Parkında quraşdırılmış "Döyüşçü-Qurtuluşçu" abidəsində əbədiləşdirilib.

Nikolay İvanoviç Masalov 10 dekabr 1922-ci ildə RSFSR-in Tomsk vilayətinin Voznesenka kəndində (indiki Rusiya Federasiyasının Kemerovo bölgəsi) kəndli ailəsində anadan olub. II Dünya Müharibəsi zamanı 1941-ci ilin dekabrında Sovet ordusu sıralarına çağrılıb.

N.Masalov 1944-cü ilin yazında Bryansk Cəbhəsinin Voronej və Kursk istiqamətlərində düşmənlə vuruşan 284-cü Piyada Diviziyasının 1045-ci piyada alayının minaatan batareyasının əsgəri olub. 1942-ci ilin sentyabrında 284-cü piyada diviziyası Stalinqrad cəbhəsinə köçürülüb və N.Masalov burada Stalinqrad uğrunda gedən döyüşlərdə iştirak edib.

21 Yanvar 1943-cü ildə Nikolay Masalov Stalinqraddakı Mamaev kurqanı bölgəsindəki döyüşdə yaralanıb.

1944-cü ilin iyulundan 1945-ci ilin yanvarına qədər 1-ci Belarus Cəbhəsinin tərkibində 79-cu Qvardiya Diviziyası Varşava bölgəsində vuruşub. Vistula-Oder əməliyyatı zamanı Nikolay Masalov Oder çayının qərb sahilindəki Kyustrinski körpüsündə döyüşlərdə və Berlinə hücum əməliyyatında iştirak edib. Qvardiyanın Oder bölgəsindəki aprel döyüşlərinə görə baş çavuş Masalov III dərəcəli Şöhrət ordeni ilə təltif edilib.

Daha sonra N.Masalov Almaniyanın Berlin, Vaysenfel və müharibədən sonra yaşadığı Tyajinski rayonunun (Kemerovo bölgəsi) Tyajinski şəhərinin fəxri vətəndaşı olub. Uşaq bağçasında təsərüfat işləri üzrə mavin, rayon icra komitəsində komendant işləyən Nikolay Masalov 20 dekabr 2001-ci il 79 yaşında vəfat edib və Tyajinski şəhərində dəfn edilib.

Berlində alman qızının xilas edilməsi

Nikolay Masalov 1945-ci il aprelin 30-da Berlinə hücum zamanı küçə döyüşlərində üç yaşlı alman qızının düşmən atəşi altında qəhrəmanlıqla xilas etməsindən sonra məşhurlaşıb. Almaniya paytaxtının mərkəzi hissəsində yerləşən Tirqarten parkının cənubunda axan Landver kanalında almanların müdafiə xətti irəliləyən sovet qüvvələrinin yolunu kəsib. Sovet birləşmələri hücumdan əvvəl artilleriya hazırlığını gözləyərkən Masalov balaca uşağın ağladığını eşidib, atəş altında olan körpüdən sürünərək kanalın əks tərəfinə keçib və üç yaşlı qızı atəş bölgəsindən çıxararaq xilas edib. Qızın sonrakı taleyi naməlum qalıb.
8-ci Qvardiya Ordusunun komandanı marşal Vasili Çuykov N.Masalovun qəhrəmanlığının şahidi olub. O, heykəltəraş Evgeniy Vuçetiçə 1946-cı ildə Almaniyanın nasizmdən xilas olması şərəfinə Berlində abidə qoyulması ideyası yarandıqda bu süjetdən istifadə etməsini təklif edib.

Yaddaş
Evgeniy Vuçetiç abidənin yaradılması işlərini 1946-cı ildə başlayıb. Təxminən 70 ton ağırlığında olan abidə Leninqradda tökmə vasitəsi ilə düzəldilərək hissələrlə Berlinə daşınıb. Açılış 8 may 1949-cu ildə Treptover Parkında baş tutub. Abidə Berlinə hücum zamanı ölən 7 mindən çox sovet əsgərinin dəfn olunduğu (qalıqları müxtəlif şəhər qəbiristanlıqlarından köçürülmüş) xatirə kompleksinin mərkəzi fiqurudur. Abidə bürüncdən tökülüb və Sovet əsgərinin 12 metrlik bir şəklidir. Bir əlində aşağı endirilmiş qılınc nasist svastikasını doğrayır, digər əli ilə döyüşçü xilas edilən alman qızını sinəsinə sıxır. Abidə yaradılarkən əsgər görünüşünün prototipi 20 yaşlı əsgər İvan Odarçenko seçilib. Xilas olunan uşağın siması isə Berlinin Sovet sektorunun hərbi komendantı general-mayor Alexander Kotikovun Svetlana adlı üç yaşlı qızından köçürülüb.
Döyüşçü-Qurtuluşçu heykəli II Dünya Müharibəsində həlak olan Sovet əsgərlərinin ən məşhur abidələrindən birinə çevrilib və Sovet xalqının Böyük Vətən Müharibəsindəki qələbəsinin və Avropa xalqlarının nasizmdən qurtulmasının rəmzi olub.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Dünyanın ən yaşlı kişi sakini rumıniyalıdır
31.05.2020
NASA astronavtlı ilk uçuşunu reallaşdırdı
31.05.2020
Jurnalistləri robotlar əvəz edir
31.05.2020
Şəkinin mərkəzində qonur ayı göründü
30.05.2020
Martda Balakənə xınayaxdıya gələn Çakır ailəsinin dalınca təyyarə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info