Bel ağrısından əziyyət çəkənlər üçün ev şəraitində 5 idman hərəkəti
Tarix: 30.04.2020 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Karantin müddətində hamımızda fiziki aktivlik azalmışdır. Bu müddət ərzində əksəriyyət insanlar internet və sosial şəbəkələrdə çox vaxt keçiriblər. Təəssüflər olsun ki, bu bədənin fiziki durumuna öz təsirini göstərir. Eyni zamanda, qarşıdan yay gəlir və sirr deyil ki, çoxumuz sağlam, qamətli və gözəl görünmək istəyirik.

Bədən quruluşunun gözəl olmasına çalışan hər kəs ilk öncə qarın əzələlərini düşünur. Qarın əzələlərinin düz və gözəl relyefi olması uzunmüddətli məşqlərin nəticəsi ola bilər. Qarın əzələləri üçün idman hərəkətləri çoxdur. Amma bildiyimiz kimi, bu idman hərəkətləri fərdi seçilməlidir və onurğada problemlər varsa, bəzi hərəkətlərin edilməsi məsləhət deyil.

Bəs belimizdə ağrı olursa, bizə qarın əzələləri üçün hansı hərəkətlər uyğundur? Bu son vaxtlar pasiyentlərim tərəfindən mənə ən çox verilən suallardan biridir. Məhz buna görə mən sizin üçün 5 idman hərəkəti seçmışəm. Bunlar həm qarın əzələləri üçün, həm də belinizin sağlamlığı üçün faydalıdır. Hər zaman dediyim kimi, idman hərəkətləri heç bir ağrı verməməlidir. Əgər hansısa hərəkət zamanı siz ağrı hiss edirsizsə, onu dərhal dayandırın.

1. Arxası üstə uzanırsız. Qollarınızı yana qoyun. Dizlərinizi bükün, bir-birinə yaxınlaşdırın. Qarın əzələlərini sıxmaqla dizlərinizi sola və sonra sağa hərəkət etdirin. Bu hərəkətin həcmi hər kəs üçün fərdidir - bəziləriniz dizlərini yerə kimi apara bilər, bəziləri daha az hərəkət edə bilər. Hərəkət narahatçılıq və ağrı verməməlidir. 15 dəfə təkrarlayın.
2. Arxası üstə uzanırsız. Dizlərinizi bükün. Əlinizin birini belinizin altına qoyun. Qarın əzələsini sıxın və belinizlə əlinizi sıxın. 5 -10 saniyə saxlayın. 3 dəfə təkrarlayın.
3. Arxası üstə uzanırsız, dizləriniz bükülmüş vəziyyətdədir. Qarın əzələlərini sıxın, çanağınızı qaldırın və yerə qoyun. 15 dəfə təkrarlayın.
4. Yan planka. Plank idman hərəkəti çox populyardır. Amma hərəkət düzgün olmalıdır və vaxta görə çox uzun olmamalıdır. Planka başlayanda 5-10 saniyəlik saxlayın. Bir müddətdən sonra tam arxayın və güclü olandan sonra siz bu hərəkətin vaxtını artıra bilərsiz. Plankanı dizləri bükülmüş variantdan başlayın – bu, daha asandır. Çiyniniz dirsəyin üstündə olmalıdır. Qulaqdan ayaqlara kimi düz xətt kimi olmalıdır. Çalışın boynunuzu düz saxlayasınız. Hərəkəti tam rahat və asan hiss edirsizsə, dizlərinizi açın və düz ayaqlarla plankanı edin.
5. Arxası üstə uzanın. Belinizi tam yerdə saxlayın, bel və yer arasında məsafə qalmasın. Belinizi yerdən qaldırmayın. Ayağınızı 90 dərəcədə dizdən bükün. Qarın əzələsini sıxın və ayaqlarınızı qaldırın. Çiyinlərinizi 10 sm yerdən qaldırın. 10 saniyə saxlayın və 5 dəfə təkrarlayın.
Bu idman hərəkətləri həm qarın əzələlərini tonusda saxlamaq üçün, həm də beliniz üçün faydalıdır.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info