“Koronavirus pandemiyası ilə bağlı da gənclər sosial layihələrdə aktiv iştirak edirlər”
Tarix: 30.04.2020 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


AzTU-nun tələbəsi İdris Rüstəmov: “Azərbaycanda gənclər üçün ayrı-ayrı sahələrdə geniş imkanlar yaradılır. Tələbələrimiz yaradılan fürsətlərdən, imkanlardan doğru şəkildə istifadə edərsə, gələcəyi üçün yetəri qədər nailiyyət əldə edə bilər”


“Könüllülər” rubrikamızın budəfəki qonağı Azərbaycan Texniki Universitetinin(AzTU) tələbəsi İdris Rüstəmovdur. Maraqlı fikirləri olan gənclə müsahibəni oxuculara təqdim edirik:

- Öncə özünüz barədə məlumat verərdiniz.

- İdris Rüstəmov, Azərbaycan Texniki Universitetinin İTT fakültəsinin 3-cü kurs tələbəsiyəm. 487 balla AzTU-ya daxil olmuşam. İxtisasım İnformasiya Təhlükəsizliyidir. Bu ixtisası gələcəkdə çox lazımlı bir sahə olduğunu düşünərək seçmişəm.

- Gənclərin cəmiyyətdə rolunu necə qiymətləndirirsiniz?

- Öncə onu vurğulayım ki, Azərbaycan gəncliyi daim aktiv olub. Azərbaycan gəncliyi daim inkişafdadır, dünyaya inteqrasiya edir. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib ki, bu da müsbət məqamdır. Amma gəncliyin passiv hissəsi də var ki, bu da təəssüf doğurur. Məsələn, hələ də cəmiyyətdə baş verən mənfi hallara qarşı biganə yanaşan tələbələrimiz var. Hazırda cəmiyyətimizi ən çox narahat edən problemlərdən olan koronavirus pandemiyası ilə bağlı da gənclər təbəqəsi aktiv işlər görür. Sosial layihələrdə aktiv iştirak edən yüzlərlə könüllü, tələbələrimiz var ki, onlar yardımların çatdırılması, təşkilində böyük işlər görürlər.

“2020-ci ilin “Könüllülər ili” elan edilməsi Azərbaycanda Könüllülük fəaliyyətinin inkişafında və bu hərəkatın bütün respublika ərazisində daha geniş vüsət almasında mühüm rol oynayacaq”

- Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının fəaliyyəti barədə nə deyərdiniz?

- Kənardan Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının fəaliyyətinin necə göründüyü haqqında dəqiq nə isə deyə bilmərəm. Çünki bir təşkilatın hansı formada effektli fəaliyyət göstərdiyini görmək üçün onu gərək yaxından da tanıyasan, içində olasan. Özüm Tələbə Gənclər Təşkilatın çalışdığım üçün onların iş fəaliyyətinə yaxından bələdəm və tələbələr üçün görülən iş, çəkilən əziyyətin fərqindəyəm. Orada əməyi olan, fəaliyyət göstərən hər bir kəs tələbələrin daha faydalı bir gənclik həyatının olması üçün çalışır. Ümumilikdə sadə və qısa şəkildə desək bizim Tələbə Gənclər Təşkilatında hər şey normaldır.

- Bəs ölkəmizdə gənclərin təhsili istiqamətində yaradılan şəraiti necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, Azərbaycanda da bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi gənclər üçün geniş imkanlar yaradılır, ayrı-ayrı sahələrdə perspektivli gələcək üçün yeni şəraitlər yaradılır. Bu mənada təhsil də öz axarı ilə davam edir. Azərbaycanda da hər bir bacarıqlı və savadlı gənc üçün yetərincə çoxlu fürsətlər təklif olunur. Hər hansı bir tələbə yaradılan fürsətlərdən, imkanlardan doğru şəkildə, lazımınca istifadə edərsə, gələcəyi üçün yetəri qədər nailiyyət əldə edə bilər.

- Son illər gənclər könüllülük hərəkatında fəal iştirak edirlər. Bir aktiv gənc kimi bu barədə nə deyərdiniz?

- Mən də o aktiv gənclərdən-könüllülərdən olduğum üçün deyə bilərəm ki, universitet həyatımın ilk aylarından könüllülük hərəkatına qoşulmaqdan peşman deyiləm, əksinə çox məmnunam. Könüllülüyün mənə çox şey verdiyini, bugünkü bir çox bacarıqlarımın, nailiyyətlərimin qaynağında onun durduğunu düşünürəm.

- Bu il ölkədə "Könüllülər ili" elan edilib. Gənclər bu fürsətdən yararlanaraq fəaliyyətlərini hansı istiqamətdə qurmalıdırlar?

- Əvvəla onu deyim ki, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi Azərbaycanda Könüllülük fəaliyyətinin inkişafında və bu hərəkatın bütün respublika ərazisində daha geniş vüsət almasında mühüm rol oynayacaq. Könüllülük bir çox sahədə mümkün olduğu üçün hər bir gənc könüllülüyün nailiyyətlərindən yararlana bilər. Məncə gənclər özlərini hansı istiqamətdə bacarıqlı hesab edirlərsə o istiqamətdə də fəaliyyətlərini artıra bilərlər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Ənənəvi mətbəximizə qayıtmalıyıq”
02.06.2020
“Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
01.06.2020
“Qobu Park-3” məcburi köçkünlərə olan yüksək dövlət qayğısının bariz nümunəsidir”
01.06.2020
“Sosial izolyasiya insan psixologiyasında olan bir sıra zəiflikləri aşkarladı”
31.05.2020
“Biz bölgədə tərəfdaş kimi Azərbaycana etibar edə bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info