Televizora baxmaq ürək çatışmazlığı xəstəliyi əmələ gətirir
Tarix: 01.05.2020 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Niderlandlı mütəxəssislər televizoru həddən artıq izləməyin ürək-damar sisteminə mənfi təsirini sübuta yetiriblər.

AZƏRTAC bildirir ki, alimlər bu araşdırma məqsədilə Britaniyada 40 yaşından 69 yaşadək təqribən 500 min insan barədə tibbi məlumatların toplandığı "UK Biobank" bazasından istifadə ediblər.

Alimlər aşkarlayıblar ki, müxtəlif cür oturaq tərzdə vaxt keçirmələr özündə ayrı-ayrı risklər daşıyır. Anketlərə görə, tədqiqat iştirakçıları televizor qarşısında gündə orta hesabla 2,8 saat, kompüter qarşısında isə 1 saat vaxt keçiriblər. 6 il ərzində 12,5 min nəfərdə ürəyin işemik xəstəliyi əmələ gəlib. Bu xəstələrin əksəriyyəti televizora baxmağı xoşlayanlardan ibarət olub. Kompüterdən istifadədə və avtomobil sürmədə bu əlaqələr müşahidə edilməyib.

Həkim-ekspertlərin sözlərinə görə, ürəyin və damarların sağlamlığı üçün Aralıq dənizi pəhrizi daha münasibdir. Xroniki iltihablarla mübarizədə sarımsaq və zeytun yağı kömək edir. Bu ərzaqların tərkibi orqanizmə ümumi sağlamlıq effekti verən allitsin və oleokantal maddələri ilə zəngindir.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info