Masallılı istedadlı sənətçi Şamo İbayevin virtual konserti maraqla izlənilib
Tarix: 04.05.2020 | Saat: 12:39:00 | E-mail | Çapa göndər


Respublikada xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələrdə çalışan müxtəlif sahələrdən olan sənət adamları canlı konsert proqramları, teatr tamaşaları və bu qəbildən olan digər maraqlı tədbirlərlə çıxış edir, insanların mədəni istirahətinə bədii-musiqili töhfələrini verirlər.
Bəhs olunan mədəni tədbirlər sırasına heç şübhəsiz, Masallı Rayon Onbirillik İncəsənət Məktəbinin müəllimi, eləcə də Masallı Rayon Mədəniyyət Mərkəzinin solisti, xüsusi ifaçılıq istedadı ilə seçilən Şamo İbayevin canlı konsertini də əlavə etmək olar.
Belə ki, may ayının 2-də gənc sənətçi Ş. İbayev canlı virtual konsert proqramı ilə çıxış edib. Rayon Onbirillik İncəsənət Məktəbinin konsert zalında keçirilən musiqi tədbirində sənətçi bir-birindən zövqlü musiqi nömrələrini özünəməxsus ifa texnikası və tərzi ilə virtual musiqi həvəskarlarına təqdim edib. Canlı konsert ərzində ifaçını sözügedən təhsil müəssisəsinin müəllimlərindən ibarət peşəkar musiqiçi ansanblı müşayiət edib. Musiqisevərlər tərəfindən maraqla izlənilən konsert proqramında görkəmli sənət adamlarının repertuarına müraciət edilib.
Məlumat üçün əlavə edək ki, Ş. İbayev rayonun Ərkivan qəsəbəsində ziyalı ailəsində anadan olub. Əvvəlcə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub. Daha sonra musiqi təhsilini Azərbaycan Milli Konservatoriyasının muğam sinifində davam etdirib. Ş. İbayev adıçəkilən təhsil ocaqlarında görkəmli Azərbaycan sənətkarları, musiqi sənətimizin inkişafında xüsusi rola malik olan Xalq artistləri İslam Rzayev, Ağaxan Abdullayev, Əməkdar artist Nuriyyə Hüseynova və digər tanınmş sənət xadimlərindən muğam dərsləri alıb.
Ş. İbayev sənətçi kimi səhnə fəaliyyətinə hələ gənc yaşlarında rayon mədəniyyət mərkəzinin solisti kimi başlayıb. Bir çox sevilən mahnıların müəllifi olan sənətçi yerli televiziya kanallarında yayımlanan musiqili şou proqramlarda rəhbərlik etdiyi instrumental musiqi ansanblı ilə iştirak edib. Bununla yanaşı, o, bir sıra televiziya musiqi müsabiqələrinin layihə rəhbəri və münsiflər heyətinin üzvü olub, yerli teleseriallar üçün musiqilər ifa edib. Rusiya, Türkiyə, İran və digər ölkələrdə keçirilən müxtəlif musiqili-mədəni tədbirlərdə iştirak edən Ş. İbayev, sənətlə bərabər, son illər Masallı Rayon Onbirillik İncəsənət Məktəbində müəllim kimi də fəaliyyət göstərir. Xatırladaq ki, konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

ƏLİHÜSEYN ŞÜKÜROV




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info