Prezident: Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və sosial müdafiəsidir
Tarix: 04.05.2020 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündəki giriş nitqində bildirib. Ölkəmizdə koronavirusla mübarizə və xəstələrin müalicəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan dövlətimizin başçısı deyib: “Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır”. Prezident İlham Əliyev görülmüş tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısının alındığını, son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamikanın olduğunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
31.05.2020
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü
31.05.2020
Bu gündən restoran, kafe və çay evləri müştərilərə saat 22:00-dək xidmət göstərəcək
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
29.05.2020
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb
29.05.2020
Restoran, kafe və çay evlərinin iş rejiminə dəyişiklik edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info