“Vətəndaş cəmiyyəti olaraq ölkədə həyata keçirilən islahatları dəstəkləyirik”
Tarix: 04.05.2020 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Milli QHT Forumunun rəhbəri Rauf Zeyni: “6 il ərzində milyonlarla insan “ASAN xidmət”dən bəhrələnib və bu, korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlətin ən böyük layihəsidir. Bu baxımdan ölkə başçısı digər sahələrdə də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlı öz mesajlarını verdi”

Bu gün ölkədə hər sahədə həyata keçirilən islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Ölkə başçısı bildirib ki, “Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil.
Ölkədə həyata keçirilən islahatlar ziyalılarımız, ictimaiyyət nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Müsahibimiz Milli QHT Forumunun rəhbəri Rauf Zeynidir:

- Ölkədə həyata keçirilən islahatlar “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinin təzahürüdürmü?

- Prezident İlham Əliyev neçə illərdir ki, vətəndaşlara xidmət etmək nöqteyi nəzərdən məmurlara xəbərdarlıq edir. Dəfələrlə bildirib ki, məmur xalqın xidmətçisidir. Mən sizə etimad göstərirəm, xalqın malına, əməkhaqqına göz tikməyin, gedin xalqa sədaqətlə xidmət edin. Bunu nəyə görə edir? Ölkə başçısı milli, bəşəri və mütərəqqi siyasət həyata keçirir. Dövlət başçısı bəşəriyyəti, dünyanı yaxşı bilir, hansı addımı nə zaman atmaq lazımdır, milli-mənəvi dəyərlər, demokratik dəyərlərin cəmiyyətdə oturuşması, tam bərqərar olması ilə bağlı korrupsiyasız və rüşvətsiz bir cəmiyyət yaratmaq üçün cəmiyyəti şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsinə çağırır. Bütün bu siyasətin mərkəzində vətəndaşların maraqları, insan amili dayanır. Bu da ölkəmizin sosial dövlət olmasından irəli gəlir ki, öz Konstitusiyamızla bütün dünyaya bəyan etmişik ki, biz sosialyönümlü dövlətik. Bu prinsiplərlə, həm öz qanunlarımızın aliliyinə, həm beynəlxalq hüquq normalarına, insan haqlarına və bütün sosial normalara sadiqliyimizi, xüsusilə pandemiya dövründə ölkə başçısının apardığı çevik siyasətlə bir daha onu dünya ictimaiyyətinə göstərildi ki, Azərbaycan bəyan etdiyi prinsiplərə sadiqdir, sona qədər də bu idarəetmə davam edəcək. Onu da qeyd edim ki, ölkə başçısı yeni Baş prokuror Kamran Əliyevlə videoformatda qəbulu zamanı da prinsipləri bir daha cəmiyyətə bəyan etdi və qeyd etdi ki, bu prinsipləri kim pozursa, bizim islahatlara əngəl törətməyə çalışır, xalqla iqtidarın arasında uçurum yaratmağa çalışır, Prezidentin etimadına xəyanət edir. Həmin insanlara bizim sıramızda yer yoxdur və bu cür adamlar bizim komandamızda olmayacaq. Bu, ölkə başçısının prinsipləri elan etməsi ilə yanaşı, bir daha xəbərdarlıq etməsi idi ki, biz bu kursdan geri dönməyəcəyik, biz bu kursa sadiqik və islahatları dəstəkləyən insanlar bizim komandada olacaqlar. İslahatları əngəlləyənlər isə cəzalandırılacaqdır.
Əlbəttə ki, həmin videoformatda qəbul zamanı dövlət başçısı yeni Baş prokurorun qarşısında bütün bunlarla bağlı mühüm vəzifələr qoydu ki, bu məsələlərə xüsusi diqqət yetirilməlidir. Ölkə başçısının ictimaiyyət və QHT-lər üçün də ən böyük çağırışlarından biri şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsindən ibarət idi. Fəaliyyətimiz dövründə, dövlət başçısının hakimiyyətdə olduğu dövrdə biz daim onun yanında olmuşuq və islahatlara dəstək vermişik. Biz düşünürük ki, Azərbaycanın gələcəyini təmin edən, bu bəlalardan xilas edən yeganə düzgün yol islahatlar yoludur. Ona görə də biz bu islahatları dəstəkləyirik və bundan sonra da vətəndaş cəmiyyəti olaraq onun islahatlarına dəstək verəcəyik.

- Bildirildi ki, hüquq-mühafizə orqanlarında daha genişmiqyaslı işlər aparılması başlıca şərtdir. Qanunun aliliyi başlıca şərtdir və kadrların peşəkarlığı diqqət mərkəzində olmalıdır. Bu istiqamətdə islahatları necə qiymətləndirirsiniz?

- Hüquq-mühafizə orqanlarında komanda, heyət gəncləşir. Bildiyiniz kimi qəbul imtahanları şəffaf, ədalətli və aşkar keçirilir və 2002-ci ildən prokurorluq orqanlarında ötən 18 il ərzində 70 faizə yaxın kadr gəncləşdirilib. Test üsulu ilə bal toplayıb, müsahibədən keçən gənclər prokurorluq orqanlarına işə qəbul edilir. Biz bunu görürük və bu gün də deyirik. Bütün bunlarla yanaşı, Baş prokurorun qarşısında qoyulan məsələlər daha geniş mahiyyət daşıyır. Bütün istiqamətlər üzrə hüquq-mühafizə orqanlarında islahatlar gedir. Eyni zamanda ötən il, bu il, islahatlar hətta Milli Məclisi belə, əhatə etdi. Ölkə başçısı hüquq-mühafizə orqanlarını da əhatə etməsi ilə bağlı mesajlarını verdi. Baxmayaraq ki, orada daim islahatlar gedirdi, Prezident bu islahatların daha da genişlənməsi, sürətlənməsi tapşırıqlarını verdi. Bu o deməkdir ki, biz hüquq-mühafizə orqanlarının yenilənməsinin şahidi olacağıq, əsas etibarilə keyfiyyət dəyişikliyindən söhbət gedir. Hüquq-mühafizə orqanları günün, milli və bəşəri dəyərlərin tələblərinə uyğun şəkildə öz işlərini qurmalıdırlar. Prezident 2018-ci ildə müşavirələrin birində dedi ki, “Bizim idarəetmə metodlarımız müəyyən mənada bir qədər köhnə metodlardır və yeni metodları tətbiq etməliyik. İdarəetmədə çox sürətlə və çox keyfiyyətlə dəyişikliklər etməliyik”. Bu fikirləri islahatların başlanğıcı hesab etmək olar. Mən düşünürəm ki, istehsalat, sənaye və bütün sahələrdə bu islahatlar geniş şəkildə davam edəcək. Biz də QHT olaraq bu islahatları dəstəkləyirik və öz töhfələrimizi verəcəyik.

- Bu gün aktual mövzulardan biri ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan ciddi mübarizə ilə bağlıdır. Hazırda bur sahədə reallaşan tədbirləri necə dəyərləndirirsiniz?

- Azərbaycan dövləti korrupsiyaya qarşı mübarizə ilə əlaqədar olaraq ölkə başçısının təşəbbüsü ilə “ASAN xidmət” yaradıldı və bu gün bütün dünyada brendə çevrilib. 6 il ərzində milyonlarla insan “ASAN xidmət”dən bəhrələnib və bu, korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlətin ən böyük layihəsidir. Bu baxımdan ölkə başçısı digər sahələrdə də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlı öz mesajlarını verdi ki, biz korrupsiyasız və rüşvətsiz bir cəmiyyət qurmalıyıq. Ölkə başçısı tam izah etdi bu məsələni və bildirdi ki, səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır. Hətta insanlara verilən yardıma göz dikirlər. Bunu açıq şəkildə bildirdi ki, yəni, mən bütün bunları bilirəm və bu məsələləri yığışdırın. Ölkə başçısı həm hüquq-mühafizə, həm digər orqanlara çağırış edəndə öz istəyini, niyyətini və prinsiplərini ortaya qoydu ki, mən sizə xəbərdarlıq edirəm, bunların hamısından xəbərim var və bu halları yığışdırın. Korrupsiyaya qarşı Azərbaycanda ciddi mübarizə gedəcəyini ictimaiyyətin diqqətinə çatdırdı. Bizim də QHT-lərin təşəbbüsü ilə yaradılmış Açıq hökumət platforması var və burada həm dövlət qurumları, həm də QHT-lə təmsil olunur. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də bu platformanın koordinatorudur. Biz bu platforma açıq hökumətin təşviqi və elektron, rəqəmsal hökumətin və digər sahələrin yaranması, bilavasitə korrupsiyanın tam ləğv edilməsinə qarşı fəaliyyət göstərmək üçün yaradılıb. Ona görə də biz həm orada, həm gündəlik fəaliyyətimizdə də neqativ hallarla üz-üzə gələndə birmənalı şəkildə ölkə başçısının bu tövsiyələrini, xəbərdarlıqlarını əsas götürürük. Dövlət başçısı dəfələrlə çağırış edib ki, biz inkişaf edə bilərik, islahatlar apara bilərik, ancaq şəffaflıq, güclü ictimai nəzarət olmadan biz bunlara nail ola bilmərik. Ona görə də dövlət başçısı ölkə əhalisinə müraciət edir ki, biz bilavasitə ictimaiyyət olaraq aparılan islahatlarda dəstək olaq, yaxından iştirak edək, vətəndaş kimi mövqeyimizi ortaya qoyaq. Dəfələrlə çağırış edib ki, hər hansı bir məmur, icra başçısı xalqa xidmət etməlidir. Əgər xalqa xidmət eləmirsə, sizdə məlumat varsa onu mənə çatdırmalısınız, mən də lazımi tədbirləri görəcəm. Biz birlikdə güclüyük prinsipindən irəli gələrək, ölkə başçısı, əhali, xalq hamı bu islahatları dəstəkləyir, biz birlikdə bu islahatları aparıb ölkəmizin işıqlı gələcəyini təmin etməliyik.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
Rusiya ilə Azərbaycan arasında qarşılıqlı siyasi anlaşma güclənir
28.05.2020
“Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar“
22.05.2020
“Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
21.05.2020
“Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
21.05.2020
“Koronavirus uşaqlarda əsasən simptomsuz keçir”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
2 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
3 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
4 Qasımbəy yeməyi -VIDEO
5 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info