B12 vitamini ilə zəngin məhsullar beyinin sağlamlığını qoruyur
Tarix: 05.05.2020 | Saat: 01:34:00 | E-mail | Çapa göndər



B12 vitamini (kobalamin) çatışmazlığı insanı beyinin sağlamlığı ilə bağlı müxtəlif problemlərlə, məsələn, əqli yorğunluq, diqqətsizlik, yaddaşın itirilməsi ilə üzləşdirir. Beyinin sağlamlığını qorumaq üçün bu maddə ilə zəngin məhsullarla qidalanmaq lazımdır.


AZƏRTAC "MedikForum.ru"ya istinadla xəbər verir ki, B12 vitamini öz qrupunun mühüm nümayəndəsidir. O, orqanizmin bir çox funksiyalarına, o cümlədən maddələr mübadiləsinə, qan dövranına, DNT sintezinə təsir göstərir. Bu vitamin beyinin inkişafında da həlledici rol oynayır. Yüksək səviyyədə B12 vitamini beyinin funksiyalarını yaxşılaşdırır, yaddaşı gücləndirir. Yetərincə B12 vitamini qəbul etmək koqnitiv pozuntular riskini, məsələn, Altsheymer xəstəliyi riskini azaldır.

Lakin orqanizm B12 vitaminini müstəqil hasil edə bilmir. Odur ki, rasionda B12 vitamini ilə zəngin məhsullar olmalıdır. "Food.News" yazır ki, aşağıdakı məhsullarla qidalanmaq beyinin sağlamlığını qoruyur.
B12 vitamini ilə zəngin məhsulların siyahısına bu məhsullar daxildir:
subməhsullar(xüsusən qaraciyər, böyrək);
yüksəkkeyfiyyətli zülalla və beyinin struktur dəstəyini təmin edən omeqa-3 yağ turşusu tipi - DHA turşusu ilə zəngin sardina balığı;
yavan mal əti (gündə 150 qram yetərlidir);
kəpəkli dənli bitkilər - buğda, yulaf, darı;
beyinin sağlamlığı üçün dəyərli bəsləyici maddələr – zülal, fosfor və selenlə zəngin tuna balığı;
tərkibi selen mikroelementi ilə zəngin qida mayası;
təbii yoqurt, kəsmik və süd;
beyinin yaddaşla bağlı funksiyalarını yaxşılaşdıran D vitamini ilə zəngin yumurta.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
“Sonsuzluğun müasir müalicə metodları“
01.06.2020
Uzun ömürlülərin içkisi – Mədəaltı vəzini bərpa edir
31.05.2020
“Bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır“
30.05.2020
Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?
29.05.2020
2 yaşına qədər uşaqlara bu 2 məhsulu verməyin!

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info